MDB
"Bu, artıq cinayətdir!" - Lukaşenko qəzəbləndi
2025-ci ilin ikinci yarısında Belarus sənayesində azalma 1,8 faiz, 2026-cı ilin yanvar ayında isə 3,4 faiz olub.
Publika.az "BelTA"ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Hökumətin illik hesabatını qəbul edən Lukaşenko qeyd olunan rəqəmlərə qəzəblənib.
Belarus prezidenti bildirib ki, keçən il Rusiyada - əsas bazarda təxminən 1 milyard dollar həcmində çatışmazlıq yaranıb və həmçinin, bu bazara idxal olunan məhsulların bəzilərinin ödənişsiz qaldığı qeyd edilib.
"Eyni səhvləri təkrarlayırıq. Bu, artıq cinayətdir. Əsas məhsulların istehsalında azalma müşahidə olunur," - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, anbar ehtiyatları eyni vaxtda 2,5 dəfə artıb. İlin əvvəlində orada 4,2 milyard dollar dəyərində dondurulmuş məhsul saxlanılıb, fevral ayında isə daha 280 milyon dollar əlavə edilib.
Həmin iclasda Lukaşenko Nazirlər Kabinetindən Milli Bankla birlikdə sənaye problemlərini fəal şəkildə araşdırmağı tələb edib.
Adəm
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə23 Sentyabr 13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO















.jpg)






















