MDB
Rusiyanın istiqraz bazarında böhran: 50-dən çox şirkət defolt edə bilər
2026-cı ilin yekunlarına görə Rusiyanın istiqraz bazarında 50-dən çox emitentin defolt edə biləcəyi və bunun son 17 ilin ən yüksək göstəricisi olacağı gözlənilir.
Publika.az xəbər verir ki, “İzvestiya” bu barədə analitiklərin proqnozlarına istinadən yazıb.
Milli Kredit Reytinqləri Agentliyinin (NKR) məlumatına görə, sentyabr ayına qədər bazarda 500-dən çox defolt və texniki defolt hadisəsi qeydə alınıb. Lakin bir şirkətin bir neçə dəfə ödəniş gecikdirməsi səbəbindən şirkətlərin sayı daha azdır. İlin əvvəlindən ən azı 30 emitent ödənişlərdə problem yaşayıb.
Ekspertlər bildirirlər ki, risklər yalnız kiçik şirkətlərlə məhdudlaşmır. “Samolyot” şirkəti iki texniki defoltla üzləşib, “Yevrotrans” isə sentyabrın əvvəlində bütün istiqrazları üzrə defolt edib.
2026-cı ildə gecikdirilən ödənişlərin həcmi artıq 41 milyard rubla çatıb. Əsas səbəblər kimi yüksək faiz dərəcələrinin uzun müddət davam etməsi və iqtisadi artımın zəif olması göstərilir.
АКRA-nın qiymətləndirməsinə görə, defolt vəziyyətində olan istiqrazların həcmi bu il bazarın 5 faizini keçməyə bilər. Bununla belə, ekspertlər 2027-ci ildə də problemlərin davam edəcəyini istisna etmirlər.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













