MDB
Açıq şəkildə bildirirəm ki, müharibəyə hazırlaşırıq - Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus heç kimə hücum etmək niyyətində deyil, lakin bundan yayınmaq üçün müharibəyə hazırlaşır.
Publika.az xəbər verir ki, Belarus prezidentinin mətbuat xidmətinə yaxın olan "Birinci Pool" Telegram kanalına görə, Lukaşenko deyib:
"Mən açıq və dürüst şəkildə bildirdim ki, müharibədən yayınmaq üçün müharibəyə hazırlaşırıq. Qərb "dostlarımız" bu yaxınlarda Rusiyanın Baltikyanı ölkələrə, ehtimal ki, Polşaya Belarus ərazisindən və Belarusla birlikdə hücum edəcəyini iddia edən media kampaniyası başlatdılar. Biz heç kimə hücum etmək niyyətində deyilik".
Onun sözlərinə görə, sözdə tərəfdaşlar son zamanlar mediada Belarus silahlı qüvvələrində baş verənlərə diqqətlə yanaşırlar.
Belarus prezidenti əlavə edib ki, "Onlar ilk növbədə Silahlı Qüvvələrin bölmələrini çox tez-tez, çoxətraflı və intensiv şəkildə yoxlamağımızdan narahatdırlar, təkcə ordunun deyil, bütün Silahlı Qüvvələrin bölmələrini yoxlayırıq".
Müəllif: Tural
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR

















.png)



















