Moskvadan Qərbə: Ukraynadan sonra növbəti hədəf bu ölkələrdir
Bizi izləyin

MDB

Moskvadan Qərbə: Ukraynadan sonra növbəti hədəf bu ölkələrdir

Moskvadan Qərbə: Ukraynadan sonra növbəti hədəf bu ölkələrdir

Qərb dövlətləri Baltikyanı ölkələrə Ukraynadan sonra Moskva ilə qarşıdurmanın "ikinci eşalonu" (ikinci xətti) kimi baxırlar.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

Rusiya diplomatı vurğulayıb ki, Baltikyanı respublikaların sakinləri xarici qüvvələrin geosiyasi strategiyasında onlara "sərfiyyat materialı" kimi baxıldığını aydın şəkildə dərk etməlidirlər.

Miroşnikin sözlərinə görə, Qərbin strateqləri Rusiyaya strateji zərər vurmaq naminə region əhalisini qurban verməyə və onları “müharibə ocağına” atmağa hazırdırlar.

Diplomat Litva, Latviya və Estoniyanın hərbiləşdirilməsini, eləcə də NATO kontingentlərinin bu ölkələrdə artırılmasını Rusiya sərhədləri boyunca uzunmüddətli gərginlik zonasının yaradılmasına xidmət edən addımlar kimi qiymətləndirib.

O əlavə edib ki, Baltikyanı ölkələrin hakimiyyətlərinin aqressiv ritorikası öz vətəndaşlarının fundamental maraqlarına ziddir və regionu potensial təhlükəli zonaya çevirir.

Miroşnikin sözlərinə görə, Moskva şimal-qərb sərhədləri yaxınlığındakı hərbi hazırlıqları diqqətlə izləyir və milli təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm