Moskvadan TRIPP AÇIQLAMASI: “Regionda yeni bölücü xətlər yaratmamalıdır, əks halda...”
Bizi izləyin

MDB

Moskvadan TRIPP AÇIQLAMASI: “Regionda yeni bölücü xətlər yaratmamalıdır, əks halda...”

Moskvadan TRIPP AÇIQLAMASI: “Regionda yeni bölücü xətlər yaratmamalıdır, əks halda...”

"Biz layihə ətrafında baş verən prosesləri izləyirik. Mahiyyət etibarilə, “Tramp marşrutu” (Red: Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” - TRIPP) əvvəlki illərdə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə fəaliyyət göstərən üçtərəfli işçi qrupu çərçivəsində regionda nəqliyyat və iqtisadi kommunikasiyaların blokadadan çıxarılması məqsədilə hazırlanmış planı böyük ölçüdə təkrarlayır".

Publika.az xəbər verir ki, bunu noyabrın 26-da keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, eyni zamanda xatırladıb ki, həmin vaxt söhbət təkcə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Ermənistanın cənubundan keçməklə tranzitin təşkilindən deyil, həm də Türkiyə, İran və Rusiyaya çıxış imkanı verən Ermənistanın dəmir yolu infrastrukturunun tam şəkildə blokadadan çıxarılmasından gedirdi.

“Təəssüf ki, İrəvan 2023-cü ildə üçtərəfli işçi qrupunda iştirakını dondurdu. Daha sonra, 2025-ci ildə “Tramp marşrutu” layihəsi meydana çıxdı. Lakin Ermənistan-Amerika təşəbbüsü ilə bağlı, açığını desək, hələlik cavablardan daha çox sual var. Layihənin heç bir əsas göstəricisi, o cümlədən tikintinin parametrləri və müddətləri, müvafiq infrastrukturdan istifadə qaydaları, yükdaşımaların perspektivləri açıqlanmayıb. Bütün bunlar hələ də qeyri-müəyyən olaraq qalır. Bu, tərəfimizdən hər hansı irad deyil, sadəcə olaraq, buna necə yanaşmaq lazım olduğu barədə sualınıza cavabdır.

Üstəlik, “Tramp marşrutu” artıq tənqidlərə məruz qalır. Xüsusilə, iranlı tərəfdaşlarımız bildirirlər ki, İranın şimal sərhədində ABŞ tərəfinin istənilən fiziki mövcudluğu və güc komponentinin yerləşdirilməsi Tehranın qəbul edə bilməyəcəyi məsələdir.

Biz prinsipial baxımdan vacib hesab edirik ki, layihənin həyata keçirilməsi zamanı həm ölkəmizin, həm də İranın maraqları nəzərə alınsın. Tehran da bu barədə bəyanatlar verir. Layihə regionda yeni bölücü xətlər yaratmamalıdır. Əks halda, bu nəqliyyat-logistika təşəbbüsü uğursuzluğa məhkum olacaq”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm