İranda saxta spirtli içkidən kütləvi zəhərlənmə - Çox sayda ölən var
Bizi izləyin

Region

İranda saxta spirtli içkidən kütləvi zəhərlənmə - Çox sayda ölən var

İranda saxta spirtli içkidən kütləvi zəhərlənmə - Çox sayda ölən var

İranın Hörmözqan vilayətində və Nişapur şəhərində saxta spirtli içkidən zəhərlənmə nəticəsində azı 17 nəfər ölüb, 330-dan çox insan zərər çəkib.

Publika.az xəbər verir ki, bu barədə "Nour News" və "Entekhab" nəşrləri məlumat yayıb.

Hər iki hadisə ilə bağlı zəhərli spirtli içkilərin istehsalında şübhəli bilinən şəxslər saxlanılıb.

Hörmözqan vilayətində zəhərlənmə nəticəsində 98 nəfər xəsarət alıb, onlardan yeddisi ölüb.

Nişapurda isə noyabrın 26-sı səhər saatlarına olan məlumata görə, zərərçəkənlərin sayı 238 nəfərə çatıb. Məlumatlara əsasən, beş nəfər ölüb, daha beş nəfərdə isə beyin ölümü qeydə alınıb.

Tibbi yardım göstərildikdən sonra 148 nəfər xəstəxanalardan evə buraxılıb. Onların arasında 16 nəfər də var ki, tibb müəssisələrini öz istəyi ilə tərk edib. Daha 36 zərərçəkən müalicələrini davam etdirmək üçün Məşhəd və Səbzevar şəhərlərinin tibb mərkəzlərinə köçürülüb. Onlardan 26-sı Məşhədə, 10-u isə Səbzevara göndərilib.

Hörmözqanda spirtli içkidən zəhərlənmə faktı ilə bağlı onun istehsalında şübhəli bilinən iki nəfər saxlanılıb. Hər iki hadisənin təfərrüatları araşdırılır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm