Yaxın Şərq
Ağ Ev Trampın İsrailin potensial Baş naziri ilə görüşünə hazırlaşır
Ağ Ev İsrailin “Yaşar” partiyasının lideri Qadi Ayzenkotla əlaqə saxlayaraq, hökuməti formalaşdıracağı təqdirdə onunla ayrıca görüş keçirməyə hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al-Hadath” telekanalı İsrail mənbəsinə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, Ayzenkot ABŞ Prezidenti Donald Trampla görüşməkdə maraqlıdır. Görüşdə ikitərəfli münasibətləri və İrandan qaynaqlanan təhdidi müzakirə etmək nəzərdə tutulur.
“Yaşar” partiyasının lideri ABŞ və İsrail arasındakı münasibətləri bərpa etmək niyyətindədir. Münasibətlərin yaxşılaşdırılması imkanlarını araşdırmaq üçün İsrailin keçmiş baş naziri Yair Lapidin rəhbərliyi ilə xüsusi komissiya yaradılacaq.
Mənbə bildirib ki, komissiya, xüsusilə, Vaşinqtonu İsrailə hərbi yardımın dayandırılmamasına inandırmağa çalışacaq.
Bundan əlavə, Ayzenkot Livan və Suriya ilə danışıqları davam etdirmək niyyətindədir.
Hüseyn İbadlı
-
Region20:24İranda saxta spirtli içkidən kütləvi zəhərlənmə - Çox sayda ölən var
-
İdman19:20"Sabah"a 2 qol vuran Qordon həftənin oyunçusu seçildi
-
İKT18:36“Aztelekom”dan internet sürəti ilə bağlı açıqlama
-
Hadisə17:01Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
-
Nida Xəbər 16:34TRIPP layihəsi Moskvanın hədəfinə xələl gətirdi: Rusiya nə planlaşdırır?
-
Region16:28Paşinyandan Rusiyaya mesaj: Sərhədlərimizi özümüz qorumalıyıq
-
Cənubi Qafqaz15:55İrəvanda bu ermənilərin posportuna “Azərbaycan” yazıldı: Artıq dəyişməyəcək
-
Region14:22Müstəqilliyimizdən bəri ən böyük layihədir - Paşinyan Zəngəzur dəhlizi haqda



























.jpg)











