Mədəniyyət
Anar baş prokurora müraciət etdi
Tanınmış şair Saday Şəkərlinin işinə yenidən baxılması
və onun müalicə üçün hospitala yerləşdirilməsi üçün Yazıçlar
Birliyinin sədri Anar Rzayev baş prokuror Zakir Qaralova rəsmi
müraciət ünvanlayıb.
Müraciəti olduğu kimi təqdim edirik:
“Müraciətimiz Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı
şair Saday Şəkərli ilə bağlıdır. Saday Şəkərli bədii yaradıcılığa
hələ orta məktəb illərində başlamışdı. Elə ilk şerləri ilə ədəbi
ictimaiyyətin diqqətini çəkmiş, görkəmli söz ustaları ona uğurlu
yol arzulamış, yaradıcılığı barədə mətbuatda müsbət münasibət
bildirmişlər. O, Rusiyada ali təhsil almış, elə ilk kitabı da rus
dilində çapdan çıxmışdı. Şübhəsiz ki, onun Saratovda nəşr edilmiş
“Derevo lyubvi” kitabının sorağı doğma vətənə də yayılmış, qələm
yoldaşları, oxucuları bunu ədəbiyyatımızın geniş məkanda təbliği
kimi dəyərləndirmişlər. Şairin növbəti kitabı “Torpağa oğul sözü”
1986-cı ildə Bakıda işıq üzü görmüşdü. “Məni soruşan olsa”
(Təbriz), “Alça çiçəkləyib” (Təbriz), “Gecədən çıxan kimi”, “Ömrün
yorğun kölgəsi”, “Gümüş şamın kölgəsi” (Ufa, başqırd dilində),
“Muzıka dojdya” (Moskva), “Haydı” (Vaşinqton), “Ölümdən qayıdan”
(Təbriz), “Atamadan qalan payız” (İstambul), “Qurd ürəyi” və.s
kitablarının da taleyi uğurlu olmuşdu.
Saday Şəkərli “Təbriz” nəşriyyatının direktoru kimi də kitab
nəşri işində çalışaraq ədəbiyyatımızın təbliğinə əməyini
əsirgəməmişdir.
Hazırda Saday Şəkərli həbs olunmuşdur. Buna çox təəəssüf edirik.
Əli qələmli yaradıcı bir insan cəmiyyət üçün faydalı olmalıdır.
Lakin Saday Şəkərli günahsız olduğun bildirir. Əlbəttə ki, bu
məsələnin araşdırılması hüquq mühafizə orqanlarının işidir.
Bizim sizdən xahişimiz budur ki, Saday Şəkərlinin məsələsinə
ədalətlə baxılsın, lazımdırsa bu cinayət işi yenidən araşdırılsın.
Hər halda söhbət geniş oxucu auditoriyasının tanıdığı, hörmət
etdiyi bir şairdən gedir. Bildiyimizə görə Saday Şəkərli şəkər
xəstəliyindən əziyyət çəkir. Məhkəməyə qədər onun hospitala
yerləşdirilib müalicə olunmasını da rica edirik”.
Qeyd edək ki, Saday Şəkərli dekabrın 2015-ci il dekabrın 23-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.(azadliq.info)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR