Mistika
Kosmik "pişik gözü"nün sirri nədir? - Eyni aqibət Günəşin başına gələcək
Astronomlar Kainatımızdakı ən mürəkkəb dumanlıqlardan birinin - "Pişik gözü"nün üçölçülü modelini yaratmağa nail olublar.
Publika.az-ın məlumatına görə, NGC 6543 dumanlığı Günəşdən 3 min işıq ili məsafəsində yerləşir və uzun müddət onun “ürəyində” nə olduğunu anlamaq mümkün olmayıb.
İndi isə elm adamları "pişik gözü"nün mərkəzində eyni anda iki ulduz olduğuna dair yeni sübutlar təqdim ediblər. Materiallar "Monhly Notices of the Royal Astronomical Society" elmi jurnalında dərc olunub . Üçölçülü modeli əldə etmək üçün Hubble Kosmik Teleskopunun gücündən və San Pedro Martir Rəsədxanasının 2,1 metrlik teleskopundan istifadə edilib.
Astronomlar "pişik gözü"nün içərisində "qismən halqalar" görüblər. Bu, mərkəzdə dumanlığa belə mürəkkəb bir forma verən ikili sistemin olduğunu göstərirdi.
Planet dumanlıqları özləri kiçik və orta kütləli ulduzların ömrünün sonunda, ulduz küləyinin təsiri ilə təbəqələri "düşərək" tədricən genişləndikdə əmələ gəlir.
Eyni aqibət Günəşin başına gələcək
Ulduzumuz uzun müddət səmadan yox olacaq. Amma alimlər artıq xoşagəlməz proqnozlar verirlər. Bəs günəş sönəndə tam olaraq nə olacaq? Və belə bir kataklizm qaçılmaz olarsa, bəşəriyyət onu əvəz edəcək “süni ulduz” ortaya çıxara biləcəkmi?
Hüseyn İbadlı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur





































