Həyatları cəhənnəmə çevrilən UNO ŞAHİDLƏRİ - Qara rəngli avtomobillə aparıblar, sonra...
Bizi izləyin

Mistika

Həyatları cəhənnəmə çevrilən UNO ŞAHİDLƏRİ - Qara rəngli avtomobillə aparıblar, sonra...

1990-cı ildə Şotlandiya dağlarına gəzintiyə çıxan və naməlum uçan obyektlə qarşılaşan iki dostun hekayəsi əsl sensasiyaya çevrildi. Düzdür, o zaman hər iki şahid yerdənkənar sivilizasiyalarla əlaqənin bütün təfərrüatlarını açıqlamadı. Onlar müsahibə zamanı açıq-aşkar nəyisə gizlədirdilər.

Publika.az xəbər verir ki, ufoloqlar yalnız 30 il sonra olanların niyə susduğunu və əslində nə baş verdiyini öyrəniblər.

Həmin gün tezdən iki dost Şotlandiyanın kənarında gəzintiyə çıxıblar. Onlar ilk dəfə deyildi ki, belə bir səyahətə çıxırdılar, ona görə də tez bir zamanda təyinat yerinə çatıblar. Tezliklə onların başlarının üstündə disk formalı nəhəng bir uçan aparat görünüb. Dostlar onun şəklini çəkməyə qərar veriblər. Daha sonra bu fotoşəkil bütün müayinələrdən keçib və orijinal olduğu elan edilib. İki yoldaşın hekayəsi burada bitib. Ancaq illər sonra məlum olub ki, şahidlər dediklərindən daha çox şey görüblər.

O illərdə Riçard Qriev hər iki şahidin dostu idi. O deyib ki, dostları həmin səfərdən qayıdandan sonra ona söz veriblər ki, tezliklə UNO-lar və planetimizdə yerüstü sivilizasiyaların mövcudluğu haqqında həqiqətləri dünyaya açacaqlar. Ancaq qayıtdıqdan cəmi bir neçə gün sonra adamlar bir neçə saat yoxa çıxıblar. Onları naməlum şəxslər heç bir nişanı olmayan qara rəngli avtomobillə aparıblar. UNO şahidləri qayıtdıqdan sonra həmin gün başlarına gələnləri söyləməkdən qəti şəkildə imtina ediblər. İndi Riçard güman edir ki, həmin vaxt xüsusi xidmət orqanlarının nümayəndələri onun dostları ilə danışıblar.

Bu söhbətdən sonra şahidlərin həyatı cəhənnəmə çevrilib. Riçard onların vəziyyətini belə təsvir edib. Onun sözlərindən yadplanetlilər portalı sitat gətirib:

"Onlar izlənildiklərini hiss etdiklərini və paranoyak davranmağa başladıqlarını qeyd etdilər. Və bir neçə ay sonra dostlar tamamilə yoxa çıxdılar".

Ufoloqlar üçün bu hekayə uzun müddətdir ki, əsl problem olmuşdur. Axı, bir çox etibarlı sübut dostların yadplanetli ilə görüşməsini təsdiqləyib. Bunun belə faciəvi şəkildə başa çatması tədqiqatçıların marağını daha da artırıb.

İndi ufoloqlar inanırlar ki, şahidlər həmin gün təkcə uçan boşqab deyil, həm də planetimizdə mövcud olmayan yadplanetli texnologiyanı görüblər. O zaman kəşfiyyat orqanları artıq bu sahədə araşdırmalar aparırdılar və görünür, belə məlumatların ictimaiyyətə çatdırılmasına ehtiyac yox idi. Buna görə də, şahidlər yadplanetli sivilizasiyalarla təmas haqqında danışmağa cəhd etdikdən dərhal sonra yoxa çıxıblar.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm