Mistika
"Astroloq"ların şok hiyləsi: "Aşiq etmək" adı ilə insanları görün necə tələyə salırlar
Sosial şəbəkələrdə özlərini ekstrasens, falçı, astroloq kimi təqdim edən şəxslər “sevdirmək”, “özünə bağlamaq”, “iş qurmaq”, “pul qazanmaq”, “xəstəlikdən xilas etmək” kimi vədlərlə vətəndaşları aldadırlar.
Publika.az “Sabah”a istinadən xəbər verir ki, bu şəxslərin tələsinə düşən bir çox vətəndaşlar onların necə aldadıldıqlarını internetdə paylaşaraq, dələduzluq edən şəxslərə qarşı cinayət işi qaldırıblar.
Sosial mediada özünü münəccim kimi təqdim edən Meryem B. adlı şəxs “rahmani.ayetler” adlı internet saytından göndərdiyi mesajda “rəhmani ritualı” adlandırdığı prosedurun 2 gün ərzində təsirini göstərəcəyini iddia edib.
Qiyməti 2 min lirə (təxminən 100 manat) olan prosedurun mütləq nəticə verəcəyini bildirən qadın, əks təqdirdə pulu qaytaracağına vəd verib.

Onun bu üsulla hər gün onlarla insandan pul yığdığı qeyd edilib. Onunla bağlı sosial şəbəkələrdə çoxlu şikayətlər var. Şikayətlərdə bildirilib ki, o, aldığı ilk qonorardan sonra “Üzərinizdə cadu var” deyərək insanları qorxudub və bunun aradan qaldırılması üçün yüksək məbləğdə pul tələb edib. Bu şəkildə zərərçəkən vətəndaşlardan bəziləri cinayət işi qaldırıb.
Sosial mediada özünü bu cür təqdim edən çoxlu saxta hesablar var. Türkiyənin Ticarət Nazirliyi vətəndaşları aldadan bu hesablara cərimələr tətbiq edir. Həmçinin qeyd olunur ki, falçı, ekstrasens, astroloq və bu kimi şəxslərin göstərdiyi xidmətlərin reklamı qadağandır və həmin hesablar bloklanır.
Lakin onlar bir adla pul qazandıqdan sonra yenidən başqa adla fəaliyyət göstərir.
Türkiyənin Diyanət İşləri İdarəsi insanları bu cür davranışlardan çəkinməyə çağırıb.
Roza
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı










.jpg)





_(1).jpg)

















.jpg)