Mistika
Səmada bir-birinə dolanan sirli işıqlar - Kənar sivilizasiyalardan gələn var?
Cənubi Avstraliya səmasında sirli parlayan obyekt görünüb. Bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə və UNO (Uçan Naməlum Obyekt) fəaliyyəti ilə bağlı fərziyyələrə səbəb olub .
Publika.az xəbər verir ki, bu barədə "Seven News" məlumat yayıb.
Şahidlərin bildirdiyinə görə, səhər tezdən göy üzündə sanki bir-birinə dolanaraq hərəkət edən iki işıq şüası müşahidə olunub. Qeyri-adi hadisə ştatın müxtəlif bölgələrindən görünüb ki, bu da marağı artıraraq baş verənlərlə bağlı çoxsaylı versiyaların yaranmasına yol açıb.
İnternetdə kənar sivilizasiyaların gəlişindən və məxfi kəşfiyyat təyyarələrindən tutmuş, "parlayan jilet geyinmiş göyərçin" kimi zarafat yanaşmalarına qədər ən müxtəlif fərziyyələr irəli sürülüb.
Lakin şahidlərin foto və video yazılarını araşdıran mütəxəssislər bildiriblər ki, ən ağlabatan izah kosmik buraxılışla bağlıdır. Onların məlumatına görə, həmin işıq Fransız Qvianasındakı Avropa kosmodromundan start götürən "Ariane 6" raketinin izi ola bilər.
Raketin buraxılışı Cənubi Avstraliya üzərində işıq hadisəsinin görünməsindən təxminən üç saat əvvəl baş tutub. Raket "Amazon" şirkətinə məxsus 32 peyki orbitə çıxarılıb.
Ekspertlərin sözlərinə görə, müəyyən atmosfer şəraitində start yerindən çox böyük məsafələrdə belə optik effektlər müşahidə oluna bilər.
Hüseyn İbadlı
-
Rəsmi xronika15:56Prezident fərman imzaladı
-
ABŞ15:54İran ABŞ-ın ən həssas nöqtəsini hədəfə aldı - Siyahıda nəhəng şirkətlər var
-
Rəsmi xronika13:49Özbəkistanlıların Azərbaycana axını: Prezident rəqəmləri açıqladı
-
Yaxın Şərq13:26İsrail Türkiyəyə qarşı hərəkətə keçdi: Suriyada təhlükəli qarşıdurma
-
Nəqliyyat10:25Bu marşrutun hərəkət sxemi dəyişdirildi
-
ABŞ09:43Tramp meydan oxudu: İran böhranı bu ölkə ilə savaşa səbəb olacaq
-
Sosial08:36Bakı və Sumqayıtın bir sıra əraziləri işıqsız qalacaq
-
Dünya08:12Alyaskada təyyarə qəzası - 8 nəfərdən xəbər yoxdur


































