Sosial
Yasamal sakinləri İcra başçısı tərəfindən qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması və onların problemlərinin operativ həlli ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə Yasamal rayonunda sakinlərin növbəti qəbulu keçirilib.
Publika.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərini icra hakimiyyətinin inzibati binasında qəbul edərək onların müraciət və şikayətlərini dinləyib.
Sakinləri salamlayan icra başçısı müraciətlərin diqqətlə araşdırılacağını və qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirib.
Qəbul zamanı sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar əsasən Sovetski ərazisində dövlət ehtiyacları üçün torpaq sahələrinin satın alınması, köçürülməyə görə kompensasiya məbləği, mənzillərə təbii qaz sayğacının çəkilməsi, sosial layəhələr və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov hər bir sakinin müraciətini dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Qəbul zamanı bir sıra məsələlərin həlli ilə bağlı operativ tədbirlər görülüb, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək icrasının təmin edilməsi üçün aidiyyəti üzrə yönləndirilib.
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir




































