Müsahibə
“20 saniyəyə erməni idmançının qolunu sındırdım” - MÜSAHİBƏ
London Paralimpiya Oyunlarının qızıl medalçısı, cüdoçu Ramin İbrahimov ikinci dəfə paralimpiya çempionu olmağı hədəfləyib.
O, Publika.az-a müsahibəsində bir çox mətləblərə aydınlıq gətirən cüdoçumuz baş tutmayan istəyindən də danışıb.
- Ramin bəy, hazırda nə işlə məşğulsunuz?
- İdmandan başqa heç bir işlə məşğul deyiləm. Bu yaxınlarda (12 mart) Türkiyədə təlim-məşq toplanışından qayıtmışam. Qarşımızda böyük məsuliyyət var – Rio Paralimpiya Oyunlarına hazırlaşırıq.
- Hazırlıq necə gedir?
- Bu il keçiriləcək Rio Paralimpiya Oyunlarına hazırlığımız bir müddətdir başlayıb. Davamlı məşqlərdəyik. Hətta paralimpiya komitəsinin təlim-məşq proqramı olmadığı zaman da öz hesabıma məşqlərdə iştirak edirəm. Həmçinin Türkiyədəki dostum Razi Səfərov öz hesabına məni Antalyada təlim-məşq toplanışına dəvət etmişdi.
- Bu il Paralimpiya Oyunlarından başqa sizi hansısa yarış gözləyir?
- Rioya hazırlaşdığımıza görə təlim-məşqlərimiz çoxdur. Ona görə də paralimpiya oyunlarına qədər toplanışlarımız olacaq.
- Rioda qazanacağınız qızıl medalı, qələbənizi kimə həsr etməyi düşünürsünüz?
- Əgər Rioda qalib gələrsəm, ikinci dəfə paralimpiya çempionu adını qazanacam. Hədəfim də budur. Əgər bu hədəfimə çatsam, qələbəmi məni sevənlərə, xalqıma həsr edəcəm. Təbii ki, başda cənab prezidentimiz, ali baş komandanımız olmaqla...
- Qalib kimi vətənə qayıtsaz, sizi kimin qarşılamasını istəyərdiniz?
- Bir nəfəri desəm sevənlərim məndən inciyər. İnşallah, vətənə qalib dönsəm sevdiklərimi, dostlarımı, yaxınlarımı orada görmək istəyərəm.
- Erməni rəqiblə qarşılaşsanız, ilk nə düşünərsiniz?
- Artıq bizdə Rio Paralimpiya Oyunları üçün lisenziyalar bəllidir. Mənim çəkimdə erməni idmançı yoxdur, lisenziya qazana bilməyib. Ancaq hər hansı bir yarışda erməni idmançı ilə qarşılaşsam təbii ki, onu məğlub etməyi düşünərəm. Bir Azərbaycan əsgəri olaraq da bunu etməliyəm. Erməni idmançı ilə ilk dəfə 1997-ci ildə keçirilən sambo üzrə gənclər arasında dünya çempionatında qarşılaşmışam. O zaman məşqçim dedi ki, “hazırlaş ilk görüşün erməni idmançı ilədir”. Mən də Ermənistan idmançısı ilə qarşılaşacağım üçün çox sevinmişdim. Elə oldu ki, 20 saniyəyə qalib gəldim. Bir də ayıldım ki, artıq erməni idmançının qolunu sındırmışam.
- Bir vaxtlar cüdo klubu açmaq istəyirdiniz. Necə oldu sonu? Kim mane olurdu sizə?
- Bəli, bir ara cüdo klubu açmaq fikrində idim. Hətta deyərdim ki, bunun üçün yerimiz də var idi, sponsorumuz da... Ancaq bəzi məmurlar nəyəsə görə icazə vermədilər buna. Elə zənn etdilər ki, restoran tikib, pul qazanacağıq, bunlara da verməyəcəyik (gülür)...
Aygün İlqarqızı
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video




































