Müsahibə
Gürcü mütəxəssis şəhidləri unutmadı: “Sonadək mübarizə aparmaq lazımdır” – MÜSAHİBƏ
“İnter” futbol komandasının baş məşqçisi Zaur Svanadze klubun rəsmi saytına müsahibə verib. Gürcü mütəxəssis komandamızın keçirdiyi son oyunlar barədə fikirlərini açıqlayıb, “İnter”in avrokubok şanslarını dəyərləndirib, həmçinin xalqımıza başsağlığı verməyi də unutmayıb.
Publika.az həmin müsahibəni təqdim edir:
- “İnter” artıq iki turdur ki, turnir cədvəlində daha da irəliləmək şansını qaçırır...
- Öncə son günlər cəbhədəki döyüşlər nəticəsində Azərbaycan əsgərlərinin şəhid olmalarından böyük üzüntü duyduğumu bildirir və həlak olmuş hərbçilərin ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Bəli, doğru vurğulayırsınız, son iki oyunda turnir cədvəlində mövqeyimizi daha da gücləndirmək şansımız yaranmışdı. Lakin zədəli futbolçuların çox olması, o cümlədən Nika Kvekveskirinin Gürcüstan millisinə dəvət edilməsi ilə bağlı Bakıya vaxtında qayıda bilməməsi “Neftçi” komandası ilə keçirilən oyunun nəticəsinə öz mənfi təsirini göstərdi. “Neftçi” ilə oyunda Nika Kvekveskirinin olmaması orta sahədə problemlərin yaranmasına gətirib çıxarırdı. Bundan əlavə, əla formada olan və mühüm oyunlarda qol vurmağı bacaran Nizami Hacıyevin “Rəvan” komandası ilə oyunda zədələnməsi onsuz da zədədən əziyyət çəkən komandamızın işini daha da çətinləşdirdi. Təbii ki, intensiv oyun qrafikasının da olması komandaya öz təsirini göstərir. Son ayda həm çempionat, həm də kubok oyunlarının keçirilməsi futbolçuların yorulmasına səbəb olur. Razılaşaq ki, zədəlilərin çox olması və son oyunlarda, meydana demək olar, eyni heyətin çıxması arzuladığımız nəticələri əldə etməyimizə maneələr yaradır.
- Bu tur “İnter” AZAL ilə qarşılaşır. Oyun haqqında fikirlərinizi bilmək maraqlı olardı.
- AZAL son turlarda yaxşı nəticələr göstərir. Komanda yüksəlişdədir və AZAL qələbə seriyasını davam etdirməyə çalışacaq. Ümumiyyətlə, “İnter” ilə AZAL arasında oyunlar həmişə çətin keçir və qarşıdakı matçda da belə olacağını düşünürəm. Bizə rahatlaşmaq olmaz. Maksimum dərəcədə oyuna köklənməli və turnir cədvəlindəki mövqeyimizi gücləndirməliyik. Təəssüf ki, Kamran Ağayev və Nizami Hacıyev qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəklər.
- Bəs Rauf Əliyev? Onu növbəti qarşılaşmada görə biləcəyik?
- Sevindirici haldır ki, Rauf Əliyev artıq komandayla məşq edir və oyun ritminə tədricən daxil olur. Ancaq hələlik onun xidmətindən yararlanmaq bir qədər tezdir. Bununla belə, yaxın turlarda Rauf Əliyevi meydanlarda görəcəyik. Məşqçilər heyəti onun oyuna tam hazır olduğunu müəyyənləşdirdikdən sonra meydana çıxması bəradə qərar qəbul edəcək.
- UEFA-nın “İnter”i avrokuboklardan birillik uzaqlaşdırması xəbəri komandanın motivasiyasına necə təsir göstərir?
- “İnter”PİK köhnə borclarını ödəsə də, UEFA vaxt amilini əsas gətirərək kluba qarşı sanksiya tətbiq etdi. UEFA-nın qərarından şikayət etmək hüququmuz var və buna görə də şans hələ qalır. Bununla belə, inanmıram ki, UEFA-nın bu qərarı futbolçulara mənfi təsir göstərir. Komandada kifayət qədər peşəkar futbolçular var və onlar anlayırlar ki, sonadək mübarizə aparmaq lazımdır. Futbolçular bilirlər ki, bu il UEFA-ya vəsiqə qazanmaqla məlum cəzaya cari mövsümdə son qoymaq olar. Odur ki, UEFA-nın qərarından asılı olmayaraq, “İnter” cari mövsümü müsbət notlarla başa vurmağa çalışacaq.
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video




































