Müsahibə
Siyavuş Novruzov: “Azərbaycan Ordusu kifayət qədər irəliləmişdi, lakin...” - MÜSAHİBƏ
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun Publika.az-a müsahibəsi:
- Siyavuş müəllim, aprelin 2-də Ermənistan hərbi birləşmələrinin təmas xəttində mülkü əhaliyə qarşı həyata keçirmək istədiyi hücum təxribatına Azərbaycan ordusu tərəfindən layiqli cavab verildi. Bu zaman Azərbaycan ordusu öz mövqelərində xeyli irəlilədi. Sizcə, ermənilər bundan özlərinə dərs çıxara biləcəkmi?
- Azərbaycan hər zaman sülhsevər siyasət yürüdüb. Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan olunan zaman da Azərbaycan tərəfi buna əməl edib. Lakin Ermənistan tərəfi mütəmadi olaraq atəşkəsi pozub. Ermənistan nəinki işğal olunan ərazilərimizin, həmçinin digər rayonlarımızın, o cümlədən Naxçıvan Muxtar Respublikasının dinc sakinlərinə qarşı mütəmadi olaraq atəş açır.
Ermənistan hərbiçiləri təmas xəttində yaşayan əhalimizə ziyan vurub, çalışıb ki, əhali qorxu içərisində yaşasın. Son hadisələr də onu göstərdi ki, Ermənistan hər gün cəbhə xəttində yaşayan əhaliyə atəş açır, mülkü insanları öldürür, evlərə ziyan vurur. Bunun nəticəsi olaraq da aprelin 2-də məlum hadisələr baş verdi. Həmin gün Azərbaycan Ali Baş Komandanının rəhbərliyi altında ordumuz düşmənin hücum və təxribatlarına layiqli və qətiyyətli cavab verib. Ordumuz erməniləri çox pis vəziyyətə salıb. Ermənistan ordusunun onlarla hərbi texnikası, yüzlərlə canlı qüvvəsi məhv edilib. Bununla Azərbaycan ordusu bir daha sübut etdi ki, onun kifayət qədər böyük gücü var, lazımi hərbi texnikaya və təchizata malikdir. Ən əsası isə ordumuzda döyüş ruhu yüksəkdir, Azərbaycan xalqı ilə milli ordusu bir yerdədir. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti və ordusu bir daha sülhsevər tərəf olduğunu dünyaya nümayiş etdirmək üçün birtərəfli qaydada atəşkəsi dayandırmaqla bağlı bəyanat verib. Azərbaycan Ermənistan tərəfini də bir daha təxribatlara əl atmamağa çağırır. Əgər Ermənistan yenə də bu cür təxribatlara əl atacaqsa, artıq bunun nəticələri daha ağır olacaq.
- Qəfil atəşkəsin elan edilməsi gözlənilmirdi. Azərbaycanın döyüşmək qabiliyyətinə malik olan əhalisinin mütləq əksəriyyəti səfərbərlik elan olunması, döyüşmək və torpaqları bütövlüklə azad etmək üçün Ali Baş Komandana müraciətlər edirlər. Yəqin ki, hökumət bu addımı atmaqla hansısa məqamları nəzərə alıb?
- Təbii ki, hökumət ölçüb-biçir, götür-qoy edir, daha sonra addım atır. Burada beynəlxalq təşkilatların çıxaracağı əsas nəticə o oldu ki, “dondurulmuş münaqişə” sülh demək deyil. Yəni, “dondurulmuş münaqişə” istənilən an alovlana və ağır nəticələr verə bilər. Eyni zamanda ATƏT Minsk qrupu həmsədrlərinə tapşırdı ki, artıq bu münaqişəni həll edin. Yenə də təkrar edirəm, Azərbaycan sülh tərəfdarıdır, beynəlxalq hüququn, BMT-nin dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin tələblərinin icra edilməsini istəyir. Azərbaycan bir daha dünyaya və Ermənistana çatdırdı ki, baxın, hər bir üstünlüyün bizim tərəfimizdə olmasına baxmayaraq, biz hələ də sülh istəyirik. Son hərbi əməliyyatlarda Azərbaycan ordusu kifayət qədər irəliləmişdi. Lakin beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirsə, o zaman beynəlxalq təşkilatlar bu işlə tez və ciddi məşğul olmalıdır.
- Yəqin ki, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişənin ya sülh, ya da müharibə yolu ilə həll ediləcəyi məlum olacaq?
- Bəli. Biz bu yolun ikisini də göstərdik. İndi hansı yolla həll edilirsə, buna onlar qərar verməlidir.
Vasif Həsənli
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video




































