Müsahibə
Aqolli: “Çempionlar Liqasında daha çətin olacaq” – MÜSAHİBƏ
“Qarabağ”ın tarixi ərzində qazandığı 4-çempionluqdan üçündə onun əməyi var. Azərbaycanda oynayan ən yaxşı legionerlərdən biridir Ansi Aqolli. O, həm də Ağdam klubunun heyətində ən çox oyun keçirən legionerdir. “Zirə” ilə çempionluğun rəsmiləşdiyi oyundan (2:0) sonra albaniyalı müdafiəçi müsahibə verib.
Publika.az həmin müsahibəni təqdim edir:
- "Zirə” ilə qarşılaşma haqqında fikirləriniz necədir?
- Düşünürəm ki, "Zirə” bizə qarşı yaxşı mübarizə apardı. Rəqibin qol vurmaq üçün çoxsaylı şansları oldu. Amma biz onlara fərqlənmək üçün şərait yaratmadıq. Meydana qələbə üçün çıxmışdıq və lazım olan nəticəni qazandıq.
- Zirədəki qələbə sizi vaxtından əvvəl çempion etdi...
- Həqiqətən də çempionluq gözəl hissdir. Amma bizim qarşıda oyunlarımız və vacib matçlarımız var. "Qarabağ” işini tam başa vurmayıb. Son oyunlara kimi mübarizə aparacağıq.
- Bu ilki çempionluğun ötən ilkindən asan başa gəldiyini düşünmək olar?
- Xeyr, belə düşünmürəm. Düzdür, Premyer Liqada mübarizə aparan bir neçə komanda maliyyə problemi ilə üzləşdi. Amma bu, onların meydana çıxıb futbol oynamamasına səbəb olmadı. Əksinə, həmin komandalar əzmkar mübarizə apardılar. Xüsusilə "Qarabağ”a qarşı istənilən komanda yüksək motivasiya ilə hazırlaşır və meydana istəkli çıxır.
- Çempionatımızın səviyyəsində eniş hiss olunur?
- Fikrimcə, hər zaman olduğu kimi, bu il də Azərbaycan Premyer Liqası yüksək səviyyədə keçdi. Belə bir çempionatda qalib olduğumuz üçün çox xoşbəxtəm. Qalib olmaq üçün çox çətin yol keçmişik. Amma bu, bizim işimizdir. Əsas odur ki, qarşıda qoyduğumuz məqsədə çata bilmişik.
- Hər kəs "Qarabağ”dan Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı gözləyir. Bunu bacara biləcəksiniz?
- Bu barədə indidən nəsə fikir bildirmək düzgün olmaz. Amma biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Avrokuboklarda meydana çıxdığımız hər oyunda yaxşı nəticə qazanmağa çalışacağıq. Əsas odur ki, Avropada "Qarabağ” adına yaxşı oyun sərgiləyək. Qarşıda vaxtımız var. Biz gedəcəyimiz yolu çox yaxşı dərk edirik və bunun üçün çox yaxşı hazırlaşmalıyıq.
- ÇL-in qrupuna düşməyi bacarsanız, Avropanın aparıcı çempionatlarının liderləri ilə mübarizə aparmağa gücünüz çatar?
- Ötən mövsüm şahidi oldunuz ki, Avropa Liqasında həddindən artıq çətin qrupa düşmüşdük. Çempionlar Liqasında daha çətin olacaq. Çünki orada asan rəqib olmur. (Newsport.az)
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video




































