Müsahibə
“McLaren”in rəhbəri: “Pilotlar döngələrdə xeyli səhvə yol verir” - MÜSAHİBƏ
Bu gün Bakıda Formula 1 üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib. Formula 1 pilotlarının sərbəst yürüşlərinin birinci sessiyası da başlayıb. Sərbəst yürüşlərdə 11 komandadan 22 pilot təmsil olunub.
18 döngədən sonra "Mercedes" komandasının pilotu Luis Hamilton ən yaxşı nəticəni (1:46.489) göstərib. Sonrakı yerləri, müvafiq olaraq, "Mercedes" komandasının digər pilotu Niko Rosberq (1:46.812) və "Williams" komandasından Valtteri Bottas (1:47.707) tuturlar.
Bakı Avropa Qran Prisinin səfiri Fernando Alonsonun pilotu olduğu “McLaren”in rəhbəri Erik Bulye sərbəst yürüşün ilk sessiyasından sonra f1news.ru saytına ilk təssüratlarını bölüşüb.
Publika.az həmin müsahibəni təqdim edir:
- Sərbəst yürüşün ilk sessiyasından sonra təəssüratınız necədir?
- Hələ başlanğıcdayıq. İlk yürüşdən sonra nəticə çıxarmaq tezdir.
- Yəqin ki, ilk test yarışından sonra “McLaren”in hər iki sürücüsünün “ilk onluq”da yer alması pis nəticə deyil. Fernando Alonso 4-cü, Censon Batton 7-ci gəldi...
- Bu sadəcə hazırlıqdır. Hər halda, iş prosesi baxımından həftənin yaxşı başladığını deyə bilərik. Sabah hər şey fərqli olacaq.
- Düz yolun uzun olduğunu nəzərə alsaq, Bakı trekini “McLaren”ə uyğun saymaq olar?
- Bunu biz sabah, motorların gücünü artırandan sonra biləcəyik.
- Sabahkı yarışda “McLaren”dən hansı real nəticəni gözləmək olar?
- Nəzəri cəhətdən kvalifikasiyanın final mərhələsinə düşmək çətin olacaq. Bugünki hazırlıq yürüşündən gördük ki, pilotlar döngələrdə xeyli səhvə yol verir, təhlükəsizlik zonasına girir. Odur ki, sabah çox maraqlı yarış olacaq. Komandamızda iki yüksəksəviyyəli pilot var. Onların potensialından maksimum yararlanmalıyıq. Əvvəlcədən deyim ki, sabah Bakı trekində çox sürprizlər ola bilər.
Pərviz Hikmət
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Avropa10:04Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO



































.jpg)



