Müsahibə
Olimpiya çempionumuz: “İdmançılarımıza ümid böyükdür” - MÜSAHİBƏ
Dünən Bakıda atıcılıq üzrə Dünya Kubokunun açılış mərasimi baş tutdu. İyunun 29-na qədər 80 ölkədən 1013 idmançının yarışacağı turnirdə Azərbaycan komandası da var. Həm turnir, həm idmançılarımızın perspektivi barədə atıcılıq üzrə ilk və yeganə Olimpiya çempionumuz Zemfira Meftahəddinova ilə söhbətləşdik.
Publika.az-a yarışla bağlı təəssüratlarını bölüşən Zemfira xanım təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirdi.
- Bakıda keçirilən atıcılıq üzrə Dünya Kuboku ilə bağlı təəssüratınız necədir?
- Dünya Kubokunun Bakıda keçirilməsi sevindirici haldır. Bura dünyanın ən güclü idmançıları təşrif buyurub. Bizdə əvvəllər də belə böyük yarışlar keçirilib. İlk Avropa Oyunları, Dünya Kuboku mərhələsi, Qəbələdə keçirilən Dünya Kubokunun finalı Azərbaycanın bu idman sahəsində xeyli təcrübə topladığını göstərir. Bu yarış da çox yüksək səviyyədə təşkil olunub. Qonaqlar da, idmançılar da təşkilatçılıqdan çox razıdır.
- Komandamızdan hansı nəticəni gözləmək olar?
- Bizim komandamızda da yaxşı atıcılar var. Emin Cəfərov, Nurlana Cəfərova, gənc idmançılardan Regina Meftahəddinova, Səidə Mustafayeva, Əlimirzə Quliyevin adlarını çəkə bilərəm. Ümumiyyətlə, idmançılarımıza ümid böyükdür.
- Dünya Kuboku mərhələsində 80 ölkədən idmançılar yarışacaq. Favoritiniz var?
- İtaliya, Rusiya, ABŞ, Çin, Böyük Britaniya idmançıları həmişə favorit sayılır. Məncə, bura gələn idmançıların hamısı güclüdür.
- Zemfira xanım, Atıcılıq idman növündə Azərbaycanın ilk və hələlik yeganə Olimpiya çempionusuz. Gələcəkdə kimsə sizin uğurunuzu təkrarlaya biləcəkmi?
- Əlbəttə ki... Hafiz Cəfərov mənim məşqçim olub. İndi gənc idmançıları da Hafiz müəllim hazırlayır. Məsələn, Emin Cəfərovun adını qeyd edə bilərəm. Emin ötən il Dünya Kubokunun finalında 5-ci yeri tutmaqla yaxşı nəticə göstərdi. Elə Nurlana Cəfərova da eyni nəticəni göstərmişdi. Onların hələ gənc olduğunu nəzərə alsaq, yaxın gələcəkdə olimpiya zirvəsinə yüksələcəklərinə ümid edə bilərik.
Pərviz Hikmət
FOTO: Elçin Murad
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib













.jpg)





.png)

















