Müsahibə
Tale Heydərov: “Ötən ilkindən daha yaxşı çıxış etmək istəyirik” - MÜSAHİBƏ
"Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Samtredia" üzərində 5:1 hesablı qələbə qazanıb.
Publika.az xəbər verir ki, qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran T.Heydərov yeni transferlərdən razı qaldığını söyləyib.
- Komandanın yeni mövsümdə ilk oyunundan razı qaldınız?
- Hesaba baxsaq, deyə bilərik ki, yaxşı oynadıq. Növbəti rəqiblərlə oyunlardan sonra bu haqda daha asan danışmaq olacaq. İlk dəfə idi belə rahat matç izləyirdim.
- Yeni transferlərin oyununu necə dəyərləndirirsiniz?
- Şəxsən yeni transferləri bəyəndim. Fikrimcə, pis çıxış etmədilər.
- Yeni transferlər gözlənilirmi?
- Bir hücumçu axtarırıq. Bu yaxınlarda yeni transfer olacaq.
- Sizcə, bu komanda daha güclü təsir bağışlayır, ya keçənilki?
- Bu barədə danışmaq çətindir. Ancaq fikrimcə, ən azından keçənilkindən pis deyil. Ola bilsin hətta daha yaxşıdır. Bunu gələn oyunlarda biləcəyik.
- Komandanın qarşısına hansı mərhələyə qədər yüksəlmək hədəfi qoyulub?
- Hədəf həmişə daha irəli getməkdir. Ötən mövsümdəkindən daha yaxşı çıxış etmək istəyirik.
- İlk oyunda 3 qol vuran Teo Uiksin çıxışını bir cümlə ilə necə şərh edərdiniz?
- Gözlənilməz idi. Biz hətta 3 qol vuracağımızı gözləmirdik, o ki qaldı bir oyunçunun 3 qol vurması. Çox gözəl qollar idi.
- Ötən mövsümün sonunda “Qəbələ” bir qədər uğursuz çıxış elədi və sanki belə təəssürat yarandı ki, komandadan bir qədər incik düşmüsünüz. Avropada yenidən uğur qazanaraq həmin inamı qaytara bilərmi komanda?
- Bilirsiniz, bizim və şəxsən mənim komanda ilə bağlı hədəflərim həmişə böyükdü. Ona görə də mən keçən il Azərbaycan çempionatında daha yaxşı nəticə gözləyirdim. Ancaq təəssüf ki, bu, belə olmadı. Ümid edirəm ki, bəlkə bu oyunlarda uğurlu seriyanı bərpa edək.
- Gənc oyunçular da meydanda çox idi. Bu, onu göstərirmi ki, “Qəbələ” artıq öz yetirmələrinə güvənəcək?
- Məşqçinin qarşısında hədəf qoymuşuq ki, daha çox yerli futbolçuları oynatsın. Bu gün də onun şahidi olduq. Hədəf budur.
Pərviz Hikmət
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib













.jpg)





.png)

















