Müsahibə
Gecənin ulduzu: “Heç vaxt het-trik etməmişdim” - MÜSAHİBƏ
“Qəbələ”nin yeni transferi, “Samtredia” ilə oyunda vurduğu 3 qolla komandasının qələbəsində böyük pay sahibi olan Teo Uiks gecənin qəhrəmanı oldu. Oyundan sonra miks-zonada hər kəs onu gözləyirdi. ilk oyundakı təəssüratlarını öyrənmək üçün...
Publika.az Uiksin mini müsahibəsini təqdim edir:
- 5:1 hesablı qələbəni necə şərh edərdin?
- Avroliqadakı ilk oyunumuz idi. Matçın çətin keçəcəyini düşünürdük. 90 dəqiqə ərzində yaxşı oynadıq. Böyükhesbalı qələbə cavab görüşü öncəsi işimizi bir qədər asanlaşdırdı. Ümimi götürdükdə, yaxşı oynadığımızı söyləyə bilərəm.
- 3 qol vurmaqla “Qəbələ”nin qələbəsində böyük pay sahibi oldun. Matçdan öncə het-trik edəcəyin heç ağlına gələrdi?
- Oyundan əvvəl 3 qol vuracağımızı gözləmirdim. Çünki karyeramda heç vaxt het-trik etməmişdim. Bu, ilkdir. Özümü göstərmək üçün şans yaranmışdı. Bacardığım qədər fürsətdən yararlanmağa çalışdım.
- Rəqibin çıxışını necə dəyərləndirərdin?
- “Samtredia” zəif deyil. Sadəcə, bu gün meydanda diqtə edən tərəf biz idik. Həm müdafiədə, həm də hücumda daha fəal, daha üstün idik. Bunun da sayəsində qələbə qazandıq.
- Amma “Qəbələ” oyundan əvvəl də favorit hesab olunurdu...
- Heç vaxt rəqibi zəif adlandırmaq olmaz. Hər komandanın potensialı var. Bizim güclü futbolçularımız var və bu gün rəqibdən daha yaxşı oynadıq.
-
MDB11:18Rusiyada təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Avropa10:33“Merts xaosu” – Rusiyadan Almaniyadakı iğtişaşlara reaksiya
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Avropa09:57Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri - Təhlil
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO











.jpg)




















.jpg)

.jpg)