Yaxın Şərq
Suriyanın taleyini kimlər yazacaq? – Həlledici AN YAXINLAŞDI
Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri - Sergey Lavrov, Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlu bu gün Cenevrədə görüşəcəklər.
Publika.az “Gazeta.ru” saytına istinadən xəbər verir ki, görüşdə Suriya konstitusiyasının hazırlanması üzrə komitənin tərkibi təsdiq ediləcək.
“Gazeta.ru” ilə söhbət zamanı Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının vitse-prezidenti Sergey Aksenenok qeyd edib ki, konstitusiyada müharibədən sonrakı Suriyanın ərazi quruluşu və prezidentin səlahiyyətləri yer alacaq.
Komitənin yaradılması haqqında qərar bu ilin yanvarında Soçidə Suriya Milli Dialoq Konqresinin görüşündə qəbul edilib. Əldə olunan razılaşmaya əsasən, konstitusiya komitəsinin tərkibində 150 insan olmalıdır. Yeni əsas qanunun hazırlaması ilə məşğul olacaq komitənin tərkibinə Suriyanın hökumət nümayəndələri, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri daxil olmalıdır. Nümayəndələrin hələ ki yalnız üçdə ikisi müəyyən edilib, problemlər son qrupla bağlı yaranıb.
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura Cenevrə görüşünün nəticəsinə görə dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının qarşısında məruzə ilə çıxış etməlidir. Xüsusi nümayəndə zamin ölkələri - Rusiya, Türkiyə və İranı səyləri birləşdirməyə çağırıb.
Bununla belə, amerikalı siyasi analitik, “Gulf State Analytics” qrupunun Vaşinqtondakı baş müşaviri Teodor Karasik böyük ziddiyyətlərlə əlaqədar zamin ölkələr üçün razılaşmanın çətin olacağını bildirir.
“Rusiya, İran və Türkiyə, bütovlükdə Suriya dosyesi barəsində bir neçə bənd üzrə razıdır, amma başqa fikirlər də var. Ankaranın Suriya haqqında planlar və onlar Rusiya, yaxud da İranın maraqlarına uyğun olmaya bilər. Görünür ki, siyasi proses irəliləyir, amma yerlərdəki hadisələr ona mane olur”, - Karasik deyib.
Ömər
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi





















.jpg)










.jpg)

.jpg)