Yaxın Şərq
İran ABŞ-ın təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərdi
İran ABŞ-nin təkliflərini nəzərdən keçirir və mümkün razılaşmaların detallarını dəqiqləşdirmək məqsədilə Qətərə nümayəndə heyəti göndərib.
Publika.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Tehrana ünvanladığı məktubda yer alan təşəbbüslər İranda müsbət qarşılanıb. Bildirilir ki, təmaslar zamanı müsbət atmosfer hökm sürür və yaxın vaxtlarda irəliləyiş əldə olunacağına ümid yaranıb.
Telekanalın mənbələri qeyd ediblər ki, Vensin məktubunda konkret fəaliyyət planından deyil, ümumi prinsiplərdən bəhs olunur. İran hakimiyyəti ölkənin nüvə proqramı ilə bağlı təklifləri müzakirə etmək üçün xüsusi komitələr yaradıb.
Mənbələrin bildirdiyinə görə, Tehran Hörmüz boğazının açılması müqabilində müharibənin tam və qəti şəkildə dayandırılmasına dair təminatların verilməsini tələb edir. İran tərəfi rəsmi danışıqlar başlamazdan əvvəl hərbi əməliyyatların dayandırılmasında israrlıdır.
Məlumata əsasən, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi və vasitəçilərlə əlaqələr birbaşa həyata keçirilir.
Hazırda İran nümayəndə heyəti Dohada Qətər tərəfi ilə birlikdə mümkün razılaşmaların yol xəritəsini hazırlamaq üzərində çalışır. Sənədin razılaşdırılması və İranla danışıqlarda irəliləyiş əldə olunması halında Qətərə ABŞ nümayəndə heyətinin səfərinin gözlənildiyi bildirilir.
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı











.jpg)























.jpg)
.jpg)
