Yaxın Şərq
10 min xüsusi təyinatlı sərhədə yerləşdirildi - Düşmənə İLK ZƏRBƏ bu istiqamətlərdən vurulacaq
ABŞ-ın Pentaqon qüvvələrini Suriyadan geri çəkmək qərarından sonra Fəratın şərqində məskunlaşan terrorçulara qarşı planlaşdırılan hərbi hərəkatı gözləmə mövqeyinə gətirən Türkiyə Münbiç üçün hərəkətə keçib.
Publika.az xəbər verir ki, 8 mindən çox “Mehmetçik” və Azad Suriya Ordusunun (ASO) əsgəri PKK terror təşkilarının işğalı altında olan bölgəyə göndərilib. Birliklər sərhəddən sıfır nöqtədə mövqelərini bərkidib.
İLK YARDIM
Şənbə günü başlayan hərəkətlilik bazar gününədək davam edib. Müxtəlif birliklərdən göndərilən 200 avtomobillik konvoy Qarqamışdan Cerablusa, Kilisdən Azezə eyni saatda keçib. Türkiyə Silahlı Qüvvələrinə kömək edən ASO da 60 avtomobillik konvoyu sərhəd xəttinə göndərib.
“Fərat qalxanı”, “Zeytun budağı” və İdlib əməliyyatlarına qatılan 2 mindən çox xüsusi təyinatlı da Münbiçə doğru yola çıxıb. Türkiyə qırıcıları, pilotsuz və silahlı uçuş aparatları hazır vəziyyətə gətirilib.

İLK HƏDƏF
Təhlükəsizlik və əks-kəşfiyyat məqsədilə birliklərdən bütün telefon, əlaqə vasitələri və electron cihazlar toplanıb. Hərəkata hazır olduqlarını deyən ASO komandirləri cənubdən və şimaldan başlayaraq Münbiçi yenidən azadlığına qovuşdurmaq üçün səbrsizliklə gözlədiklərini bildirib. Münbiçdən təxminən, 12 km məsafədə yerləşən birliklərin ilk hədəfi PKK-nın cənubdan Bəşər Əsəd rejimi ilə əlaqəsini kəsmək və Hələb-Təl-Rüfət əlaqəsini qoparmaqdır.
İLK QARŞIDURMA
Bölgədə ilk hərəkətlilik artıq dünən yaşanıb. Belə ki, Təl-Rüfət bölgəsində terrorçular artıq təhrik atışları ediblər. Minnuğ bölgəsindən müxaliflərə 2 raket atan PKK 2 nəfərin ölümünə səbəb olub.
Zümrüd
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"




































.jpg)
