Yaxın Şərq
Düşmənə ilk zərbəni XÜSUSİ TƏYİNATLILAR vuracaq - 1200 əsgər eyni anda...
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Suriyanın Münbiç şəhərini terror qüvvələrindən təmizləmək üçün planlaşdırdığı hərbi hərəkatın hazırlıqları tam sürətlə davam edir.
Publika.az xəbər verir ki, hərəkatın ön cəbhəsində ASO-nun Həmzə Tüməni (birliyi) olacaq.
“Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarında bir çox uğura imza atan birlikdəki 6500 əsgərin 200-ü xüsusi təyinatlı (bordo bereli) qüvvələrdir.
Birliyin komandiri Seyf Əbubəkir tək hədəflərinin Türkiyə ASO bayraqlarının Münbiçə sancılması olduğunu açıqlayıb:
“Əməliyyatda ilk zərbəni biz vuracağıq. Münbiçi kəskin atəş altında saxlayacağıq. Terrorçuların bölgədən qaça biləcəyi nöqtələri belə təyin etmişik. Lazım olanda bütün birlikləri Münbiçə göndərəcəyik. İlk mərhələdə 1200 “bordo bereli” ilə şəhərə sızacağıq. Cəbhə xətlərindən eyni anda giriş edərək terrorçuları sıxışdırcağıq”.
Komandir bildirib ki, PKK terror təşkilatına qarşı yönəlmiş bu əməliyyatı kürdlərə qarşı yönəlmiş kimi göstərmək istəyənlər var:
“Bu, xətalı düşüncədir. Bizim kürd qardaşlarımızla heç bir problemimiz yoxdur. Əmrimdə 500 kürddən ibarət “Kürd Şahinlər” qrupu var. Əgər kürdlərə qarşı olsaydıq, belə birlik qurmazdıq. Münbiç bizim torpağımızdır. Oranı terrorçulardan təmizləyəcəyik. Əsgərlərimizin hamısı təcrübəlidir. Ərazini də yaxşı tanıyırıq. Xüsusilə, “Zeytun budağı” əməliyyatından sonra xüsusi təyinatlılarımız sıx şəkildə çalışdı. Əsgərlərimizin bir qisminə isə Türkiyə təlim verdi. Biz də bir “Mehmetcik”ik və vətənimiz üçün mübarizə aparırıq”.
Qeyd edək ki, gecədən etibarən ASO birlikləri təkbir çəkərək Cerablus xəttindən Münbiçə doğru irəliləməyə başlayıb.
Zümrüd
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı




















.jpg)













.jpg)
