Yaxın Şərq
Almaniyadan Ərdoğana qarşı XAİN ADDIM
Almaniyada fəaliyyət göstərən “DW Türkcə” nəşri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında böhtanlarla dolu yazı dərc edib.
Publika.az xəbər verir ki, aktyor Mətin Akpınarın prezident haqqından təhdid dolu çıxışlarından sonra hərəkətə keçən media orqanı Ərdoğanın sənətçiləri hədəf aldığını iddia edib.
Alman mediasında “Jurnalistlər və sənətçilər: Ərdoğanı kimləri hədəf aldı?" Başlığı ilə dərc olunan xəbərdə PKK və FETÖ kimi terror təşkilatlarının təxribatlarını və çevriliş təhdidlərini müdafiə edən şəxslərin adı çəkilib.
Mətin Akpınar: CHP-nin yayım orqanı Xalq TV-də “demokratiya ilə uzlaşa bilməzsək, hər faşizmin qarşılaşdığı kimi, bəlkə, liderini ayağından asarlar, bəlkə zəhərlənərək ölər, bəlkə də başqa liderlərin yaşadığı pis sonluğu yaşaya bilər” sözlərini işlədib.
Müjdat Gezen: "Rəcəb Tayyib Ərdoğan, sən bizim vətənsevərliyimizi sınaya bilməzsən, həddini bil" sözlərini işlədib.
Fatih Portağal: Fox TV-nin Ana Xəbər proqramnda Fransada baş qaldıran “Sarı jiletlilər” hərəkatını işarə verərək xalqı küçələrə çağırıb.
Mehmet Əli Alabora: 2013-cü ildə - iqtisadi göstəricilrin zirvədə olduğu, Beynəlxalq Valyuta Fonduna borcların qaytarıldığı dövrlərdə “Gezi Parkı olayları”nda “məsələ sadəcə ağac deyil, yoldaşlar, sən hələ də anlamadınmı?” sözləri ilə vətəndaşları küçələrə çağırıb hökuməti devirmək üçün cəhdlər edib.
Osman Kavala: "Türkiyə Cümhuriyyəti və hökumətini aradan götürmək və vəzifəsini əngəlləmək üçün fəaliyyət göstərən FETÖ/PDY, PKK/KCK, DHKP/C və MLKP-nin aktiv üzvü, “Gezi Parkı olayları”nın idarəçisi olmaqda ittiham edilir.
Ayşe Çelik: Türkiyənin cənub-şərqində PKK-nın çuxurlar qazıb şəhərləri alt-üst etdiyi vaxtda Kanal D-də yayımlanan “Bəyaz Şou”ya zəng edib “uşaqlar ölməsin” deyərək təxribat xarakterli çıxış edib.
Dəfnə Halman: İllərlə konsertlər üçün istifadə edilən Rumelihisarında məscidin tikilməsinə qarşı çıxıb.
Can Dündar: Cümhuriyyət qəzetinin baş redaktoru olduğu zamanlarda FETÖ-yə dəstək verib.
Amberin Zaman: Uzun müddətdir, açıq şəkildə FETÖ ve PKK təxribatlarına dəstək verir. İngiliscə yazdığı məqalədə Türkiyə əleyhinə çıxışlar edib.
-
İdman16:05Messinin həyat yoldaşı açıq-saçıq geyimdə FOTOSUNU paylaşdı
-
İdman15:46"Qarabağ" "Çelsi"yə qalib gəlsə: Görün futbolçular nə qədər mükafat alacaq
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?




































