Yaxın Şərq
Çin bu müsəlman ölkəsinə ordu yeridir - Dünyanı silkələyəcək dəhşətli savaşa doğru
ABŞ İraqın təzyiqinə davam gətirə bilmək üçün Çinlə sıx əməkdaşlıq edə bilər. Mütəxəssislər, İraqın Baş naziri Adil Əbdülmehdi və Çinin Bağdaddakı səfiri Zhanq Tao ilə baş tutan görüşün nəticəsinə əsasən belə qənaətə gəlib.
Publika.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, hökumət başçısı görüş zamanı bildirib:
“ABŞ İŞİD-lə mübarizədə səy göstərdi. Lakin İraqın mübarizə meydanı olmasını istəmirik. ABŞ İraq hökumətinin qərarı ilə buradadır və çəkilməsi barədə qərarı da İraq hökuməti verdi”.
Baş nazir İraq və Çin arasında əlaqələrin möhkəmlənməsinin vacibliyinə diqqət çəkib:
“Çin önəmli və güclü tərəfdaşımızdır. Çinlə əməkdaşlıq vacib məsələ oldu. Xalqımız bunun önəmini açıq şəkildə dərk edir. Çinin də bizi beynəlxalq arenada dəstəkləməsini gözləyirik”.
Çinli diplomat isə bildirib ki, Pekin İraqa dəstəyini əsirgəməyəcək və ölkənin bərpa olunması üçün səy göstərəcək.
Qeyd edək ki, Bağdadda iranlı generalın öldürülməsindən sonra İraq parlamenti xarici qüvvələrin ölkədən çıxarılmasına qərar verib. ABŞ adminstrasiyası isə qərara etiraz edərək, Bağdadı sərt sanksiyalarla hədələyib.
Anar Türkeş
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa11 Oktyabr 15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq






.jpg)











.jpg)














.jpg)

