Yaxın Şərq
ABŞ dəhşətli hücuma başladı - Əsədin mövqeləri DARMADAĞIN EDİLDİ/VİDEO - (YENİLƏNDİ)
ABŞ əsgərləri ilə Suriya ordusuna bağlı qüvvələr arasında Qamışlı şəhərində yaşanan qarşıdurmadan dsonra Rusiyaya aid hərbi birliklər bölgəyə göndərilib.
Publika.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi informasiya yayıb.
***
15:42
ABŞ Hərbi Hava Qüvvələri Suriyanın şimalında yerləşən Haseki bölgəsinə aviazərbələr endirib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ əsgərləri onların qarşısını kəsən Bəşər Əsəd rejiminin 2 strateji mövqeyini bombardman edib və bir nəfəri zərərsizləşdirib.
Belə ki, agentliyə etibarlı mənbələrindən verilən məlumata görə, səhər saatlarında rejimə sadiq qüvvələr çox sayda “Şəbbiha” qruplaşması Haseki-Qamışlı yolu üzərindəki Xırbət Ammo kəndində Əsəd rejiminə aid nəzarət məntəqəsində ABŞ konvoyunun keçidinə mane olub. İnsident də məhz bu səbəbdən baş verib. Mənbələr konvoyun yolunu kəsənlərdən bəzilərinin silahlı olduğunu və tərəflər arasında yaşanan gərginliyin ardınca bir milisin amerikalı əsgərlərin açdığı atəş nəticəsində öldüyünü bildirib.
Olaydan sonra amerikalı əsgərlər avtomobillər ilə Haseki şəhər mərkəzinə qayıdıb. Mülki geyimdə olan "Şəbbiha"lar isə dağılışıb. Bundan sonra Hasekidəki Təl-Bəydər bazasından havaya qalxan 2 ABŞ qırıcısı rejimin iki nöqtəsinə hücum edib.
ABŞ əsgərlərinin nəzarətində olan yerlərdə rejim ordusu və İran dəstəkli xarici terrorçu qruplaşmalara aid bəzi hərbi nöqtələrin olduğu məlumdur.
***
15:21
ABŞ Suriyanın şimalında Bəşər Əsəd rejiminin mövqelərini bombalayır.
Publika.az xəbər verir ki, bu barədə “News Observatory” informasiya yayıb.
Bildirilib ki, aviaəməliyyatlar ABŞ-ın Hərbi Hava Qüvvələri tərəfindən gerçəkləşdirilir.
Zümrüd
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

