Yaxın Şərq
Həcc ziyarəti ilə bağlı qərar verildi - Yalnız bu qədər insan gedə biləcək - (YENİLƏNDİ)
Koronavirus pandemiyası səbəbilə xaricdən zəvvar qəbul etməyən Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətinə yalnız ölkədə olan 1000 nəfəri qəbul edəcək.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Həcc və Ümrə naziri Məhəmməd Saleh ibn Tahir Benten danışıb.
Nazir bildirib ki, zəvvarlar Səudiyyə Ərəbistanı vətəndaşları və ya ölkədə yaşamaq icazəsi olanlar arasından seçiləcək.
“Bəlkə bir az daha az, bəlkə bir az daha çox, amma minə yaxın insan hacı olacaq”, - nazir qeyd edib.
Səhiyyə naziri Tövfiq əl-Rəbiə sadəcə 65 yaşdan aşağı şəxslərin və xroniki xəstəliyi olmayanların ziyarətə buraxılacağını deyib. Zəvvarlar Məkkəyə girməzdən əvvəl testdən keçiriləcək və ibadətdən sonra 14 karantində saxanacaqlar.
Həcc ibadətinin iyulun sonunda başlanması planlaşdırılır.
******
09:35
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi müsəlmanların müqəddəs Həcc ziyarəti ilə əlaqədar qərarı açıqlayıb.
Publika.az xəbər verir ki, Krallığın müasir tarixində ilk dəfə olaraq ziyarət çox məhdud sayda və Səudiyyə Ərəbistanında olan yerli və əcnəbi zəvvarlar tərəfindən yerinə yetiriləcək. Xarici ölkələrdən Həcc ziyarətinə gələnlər olmayacaq.
Nazirliyin bəyanatında bildirilir: “Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətinə gələn milyonlarla müsəlmana xidmət etməkdən qürur duyur, hər il onların təhlükəsizliyini təmin etmək üçün tədbirlər həyata keçirir. Biz qüdrətli Allaha dua edirik ki, ölkələrimizi pandemiyadan qorusun”.
Səudiyyə Ərəbistanında 161 min nəfərin COVID-19-a yoluxması və 1300-dən çox insanın vəfat etməsi qərarın verilməsinə təsirini göstərib. Lakin çox məhdud sayda zəvvarın sayı açıqlanmayıb.
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)













