Əfqanıstan üçün QORXUNC SSENARİ: ABŞ, Rusiya və İran...
Bizi izləyin

Yaxın Şərq

Əfqanıstan üçün QORXUNC SSENARİ: ABŞ, Rusiya və İran...

Əfqanıstanda ABŞ, Rusiya və İranın güc mübarizəsi hökm sürür. Əfqanıstanın Suriya olacağı ehtimalı da çox yüksəkdir.

Publika.az xəbər verir ki, bunu türk siyasi ekspert Taha Dağlı “Hər şey yeni prosesə hazırdır” başlıqlı yazısında qeyd edib.

ABŞ geri çəkildi və silahlarını yerə qoydu.

“Taliban”ın əlində olan silahlar bir çox ölkənin ordularındakından daha çoxdur.

Sadəcə ABŞ-dan qalan qənimətlərin siyahısı:

22 min 174 ədəd zirehli maşın,

634 ədəd M1117 tankı,

155 ədəd mina məhv edən zirehli maşın,

169 ədəd zirehli personal daşıyıcısı,

42 000 ədəd müxtəlif təyinatlı ərazi avtomobilləri,

64 363 ədəd pulemyot,

8000 ədəd hərbi yük maşını,

162 043 ədəd simsiz radiorabitə,

16.035 ədəd gecə görmə dürbünü,

358 530 ədəd piyada tüfəngi,

126 295 ədəd tapança,

176 ədəd raket qurğusu,

33 ədəd “MI 17” helikopteri,

33 ədəd “UH-60 blackhawk” tipli vertolyotlar,

43 ədəd “MD530” tipli vertolyotlar,

4 ədəd “C-130” tipli personal daşıyıcı təyyarə,

23 ədəd “Tucano” tipli təyyarə,

28 ədəd “Cessna” tipli təyyarə,

10 ədəd “Cessna AC” tipli təyyarə.

Helikopterləri və təyyarələri havaya qaldıra bilməsələr də, ancaq hər ikisi də var. “Taliban” hazırda Əfqanıstanın ən əhəmiyyətli silahlı qüvvəsidir. ABŞ-ın qənimətlərindən başqa əllərində silahlar da vardı. Hazırda ABŞ-ın Əfqanıstanda qoyub getdikləri ilə daha da gücləniblər.

Talibandan başqa Əfqanıstanda “İŞİD Xorasan” adlı bir terror təşkilatı da var. İŞİD-in fərqli qollarının olması ehtimalı da yüksəkdir. Əl-Qaidə ilə əlaqəli müxtəlif qrupların da Əfqanıstanda olduğu ehtimal olunur. 2003-cü ildə İraqı qan çanağına çevirən ABŞ-ın muzdlu şirkəti “Blackwater” Əfqanıstanda fəaliyyət göstərir.

Vəkalət müharibəsinə gəldikdə, ilk növbədə onların adı yada düşür. Müəyyən mənada dünyadakı vəkalət savaşının ixtiraçıları onlardır. İraqla yanaşı, Liviyada da göründülər. İndi isə Əfqanıstandadırlar.

ABŞ-ın “Blackwater”i Əfqanıstandadırsa, Rusiyanın “Wagner”lərinin də orada olması ehtimalı yüksəkdir. Ertəsi gün Rusiya muzdlu qrupu olan “Wagner”ləri adını Suriya və Liviyadan sonra Əfqanıstanda da eşitsək, təəccüblü olmamalıdır. ABŞ-ın “Blackwater”i və Rusiyanın “Wagner”indən danışarkən İranı da unutmamalıyıq.

İran və “Taliban” köhnə düşmənlər, yeni dostlardır. Hazırda isə münasibətləri yaxşıdır. İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandanı İsmayıl Kaaninin bir ayağı həmişə Əfqanıstandadır.

Üstəlik, 2001-ci ildə istila edildikdən sonra Əfqanıstan şiələri üzərində təsirini artıran İran 2014-cü ildən etibarən Əfqanıstandan İraq və Suriyaya gətirdiyi şiə gəncləri Qasım Süleymaninin təşkilatları ilə silahlı təlim keçərək Fatimiyə, Zeynəbiyə və daha bir çox başqa bölgələrdə silahlı briqadalar yaradıb. Yalnız Fatimiyə Briqadasında 50 min silahlının olduğu bildirilir. Hazırda onlar Suriyadadırlar, amma İran onları Əfqanıstandan Suriyaya gətirdiyi kimi, yenə də Suriya-İraq-İran marşrutundan istifadə edərək Əfqanıstana qaytara bilər.

ABŞ 2001-ci ildən bəri Əfqanıstan ordusuna ən az 83 milyard dollarlıq silah satıb. Əfqanıstanın 300 minlik ordusu var idi. Bu ordu “Taliban” əleyhinə sıradan çıxdı.

“Taliban”ın əlində olan ABŞ silahlarının siyahısını qeyd etdik. Ancaq bunlar ABŞ-ın ölkədən çıxarkən orada qoyduğu silahların bir qismidir. Neçə ABŞ silahının orada qaldığı və kimin sabah və ya ertəsi gün onlarla silahlanacağı bilinmir.

İŞİD-in Kabildə hücumundan sonra ABŞ-ın bundan sonra Əfqanıstan bölgəsinə daha tez-tez hava zərbələri endirəcəyini görürük. Bəlkə də bir müddət sonra, Suriya və İraqda olduğu kimi İŞİD-lə mübarizə üçün bir koalisiya quracaqlar.

Başqa sözlə, “Taliban” terror təşkilatları və muzdlular meydanda dolaşarkən, qərb dövlətlərinin döyüş təyyarələri Əfqanıstan ərazisində hava əməliyyatları həyata keçirəcək.

Necə ki, əvvəllər İraqda və Suriyada belə olub.

Bəs Əfqanıstanda necə olacaq?

Orada da bir Suriyanın olma ehtimalının yüksək olduğunu görə bilərik.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm