Yaxın Şərq
Sovet vətəndaşı MOSSAD-ın ŞEFİ OLACAQ - FOTO
İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi katibi olan general-mayor Roman Hofman, MOSSAD-ın yeni rəhbəri postuna əsas namizəd kimi göstərilir. B
Publika.az xəbər verir ki, bu barədə "Walla" portalı təhlükəsizlik orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.
“Təhlükəsizlik sistemindəki mənbələrin bildirdiyinə əsasən, MOSSAD rəhbərliyinə əsas namizəd hazırda Baş nazirin hərbi katibi vəzifəsini icra edən general-mayor Roman Hofmandır”, - nəşr yazıb.
MOSSAD rəhbərinin standart vəzifə müddəti 4 ildir, lakin baş nazir bu müddəti 1 il uzatmaq səlahiyyətinə malikdir. Hazırkı rəhbər David Barnea 2025-ci ilin 1 iyununda postunu tərk etməli idi, lakin hazırda uzadılmış müddət çərçivəsində fəaliyyətini davam etdirir.
Roman Hofman 1976-cı ildə Belarusun Mozyr şəhərində anadan olub. 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə köçüb.
O, İsrail Müdafiə Qüvvələrinin (IDF) müxtəlif yüksək komandir vəzifələrində çalışıb:
- 75-ci batalyonun komandiri
- “Etsion” regional briqadasının rəhbəri
- 7-ci tank briqadasının komandiri və digər bölmələrdə xidmət edib.
Hüseyn İbadlı
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü












.jpg)














.jpg)









