Ərdoğan Əsədlə görüşəcək? – Çavuşoğlu açıqladı
Bizi izləyin

Yaxın Şərq

Ərdoğan Əsədlə görüşəcək? – Çavuşoğlu açıqladı

“Prezident Ərdoğanın Əsədlə görüşəcəyini demək doğru deyil. Bu qərarı Prezidentin özü verəcək”.

Publika.az
xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Ərdoğan Əsədlə görüşəcəkmi” sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Suriya ilə mərhələli dialoq planlaşdırılır.

“Prezident Ərdoğan da bu haqda açıqlama verib. Əvvəlcə kəşfiyyat şefləri və müdafiə nazirləri, sonra xarici işlər nazirləri görüşsün, daha sonra lider səviyyəsində görüşmə ola bilər. Əvvəlcə biz görüşək, sonra atılacaq addımlara qərar veriləcək”, - deyə Çavuşoğlu bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm