Yaxın Şərq
Terrorçu təkbaşına hərəkət edib - İsrail POLİSİ
Əldə olunan ilkin məlumatlara görə, Yerusəlimin Neve Yaakov məhəlləsində sinaqoqa hücum edən terrorçu təkbaşına hərəkət edib.
Publika.az xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
"Terrorçunun şəxsiyyəti ilə bağlı aparılan araşdırmanın ilkin nəticələri onun bu terror aktını təkbaşına törətdiyini göstərir. Əldə olan dəlillər onun Şərqi Qüdsün 21 yaşlı sakini olduğunu göstərir", - məlumatda deyilir.
“Yedioth Ahronoth” qəzeti daha əvvəl hücumu törədənin “Əl-Əqsa Şəhidləri Briqadaları” radikal qruplaşması ilə əlaqəsi olan Yerusəlimin Şuafat rayonunun sakini Fadi Ayyaş olduğunu bildirsə də, bu məlumat təsdiqini tapmayıb. Daha sonra “The Jerusalem Post” qəzeti terrorçunun adının Alkam Khairi olduğunu yazıb.
Polis hücum nəticəsində 7 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını təsdiqləyib. Terrorçu polislə atışmada öldürülüb.
Qeyd edək ki, yanvarın 27-də Neve Yaakov məhəlləsində sinaqoqlardan birinin yaxınlığında silahlı hücum olub. İsrail polisi hadisənin terror aktı olduğunu bildirib.
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama


































