Film kimi plan: MOSSAD 10 il əvvəl "öldürdü", yerin altından çıxdı və İsraili vurdu - FOTO
Bizi izləyin

Yaxın Şərq

Film kimi plan: MOSSAD 10 il əvvəl "öldürdü", yerin altından çıxdı və İsraili vurdu - FOTO

HƏMAS-ın son illərdə İsrailə qarşı ən böyük hücumunun əks-sədaları hələ də davam edir. Bölgədə qarşıdurmalar səngimək bilmir. Bütün gözlər HƏMAS-ın 10 il əvvəl öldüyünü elan etdiyi Məhəmməd Sinvardadır. Çünki MOSSAD mənbələri Sinvarın ölmədiyini və İsrailə hücumu planlaşdırdığına inanır.

Publika.az xəbər verir ki, “İsrailin 11 sentyabrı” kimi tanınan hücumlardan 5 həftə keçir. Əl-Əqsa tufanı əməliyyatına cavab olaraq Qəzzaya bombalar atan İsrailin qurudan hücumları davam edir. Həm İsrail ictimaiyyəti, həm də dünya “İsrail hücumun qarşısını necə ala bilmədi?” sualına cavab axtarır.

İngiltərədən gələn xəbərlər film qədər yaxşı bir plana işarə edir.

Məhəmməd Sinvar dəfələrlə MOSSAD-ın hədəfi olub və bütün sui-qəsd cəhdlərindən sağ çıxa bilib. Təqvim 2014-cü ili göstərənə qədər. HƏMAS 2014-cü ildə Məhəmməd Sinvarın qanlı çarpayıda uzanmış şəklini dərc edərək onun öldüyünü elan etmişdi.

Bu, İsrail üçün böyük uğur idi. Çünki Məhəmməd təşkilatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyədən sonra HƏMAS rəhbərliyində 2 nömrəli və HƏMAS-ın tanınmış liderlərindən biri olan Yəhya Sinvarın kiçik qardaşı idi. Lakin Britaniyanın “Teleqraf” qəzetində yer alan iddiaya görə, yayımlanan foto tamamilə saxtadır.

Yəni Məhəmməd İsraildən gizlənmək üçün illər boyu ölümünü saxtalaşdırıb. İsrail casusları HƏMAS-ın 10 il əvvəl öldüyünü elan etdiyi Sinvarın sağ olduğunu və illərdir Qəzzanın altındakı tunellərdə gizləndiyini düşünür. MOSSAD-ın terrorla mübarizə üzrə keçmiş rəhbəri “British Telegraph”a deyib ki, Məhəmməd 100 faiz oktyabrın 7-dəki hücumu planlaşdıran əsas şəxslərdən biridir:

“Məhəmməd Deif, Mərvan İsa və Tofiq Əbu Naim kimi adlarla birlikdə axtarışda olanlar siyahısında yeddinci yerdədir. O, vacib bir fiqurdur və hələ də sağdır”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm