Yaxın Şərq
ABŞ, İsrail və HƏMAS RAZILIĞA GƏLİB? - Ağ Ev AÇIQLADI
ABŞ , İsrail və HƏMAS girovların azad edilməsi müqabilində Qəzza zolağında döyüşlərə beş günlük fasilə verilməsi barədə razılaşmaya yaxındır.
Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Müqavilə münaqişənin bütün tərəflərinin hərbi əməliyyatları dayandırması müqabilində 50 və ya daha çox girovun azad edilməsini nəzərdə tutur.
Qeyd edilib ki, atəşkəs havadan izləniləcək.
Danışıqlar Dohada baş tutub, HƏMAS Qətər vasitəçilərinin köməyi ilə təmsil olunub.
Nəşr yazıb ki, İsrail tərəfindən fasilə ilə razılaşmaq qərarı böyük çətinliklə verilib.
Çox yaxın vaxtlarda girovlar azad olunmağa başlaya bilər. HƏMAS-ın 200-dən çox insanı zorla həbs etdiyi güman edilir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) mətbuat xidmətinin rəhbəri Adrien Vatson isə Qəzza zolağında girovların azad edilməsi ilə bağlı sazişin hələ bağlanmadığını bildirib:
"Hələ razılığa gəlməmişik, lakin razılığa gəlmək üçün səylə işləməyə davam edirik".
Noyabrın 18-də İsrailin baş naziri Benyamin Netanyahu girovların azad edilməsi ilə bağlı heç bir razılaşmanın olmadığını bildirmişdi.
O, razılaşma əldə olunan kimi dərhal məlumat yayacağına söz verib.
Hüseyn İbadlı
-
Dünya00:30Daha bir ölkə 6 bal gücündə zəlzələ ilə SARSILDI
-
Qoroskop00:00Günün ulduz falı - Balanslı münasibətiniz sizə uğur gətirəcək
-
Sosial4 Aprel 23:36Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
-
Sosial4 Aprel 23:12Doğmalarının imtina etdiyi 13 yaşlı qızla bağlı rəsmi açıqlama - YENİLƏNDİ
-
Region4 Aprel 23:00Ərdoğan-Zelenski görüşündə nələr müzakirə edilib?
-
Magazin24 Aprel 22:48Selena Qomez muncuqlu mini donu ilə göz qamaşdırdı - Foto
-
Dünya4 Aprel 21:48“Titanik” gəmisini min dronla belə canlandırdılar - FOTO
-
Magazin24 Aprel 21:24"Hallivudun ən yaxşı öpüşən kişisi odur" - FOTO

































