Region
Ərdoğan-Zelenski görüşündə nələr müzakirə edilib?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskini rəsmi mərasimlə qarşılayıb.
Publika.az xəbər verir ki, Dolmabağçadakı ofisdə rəsmi qarşılama mərasimindən sonra Prezident Ərdoğan və Ukrayna Prezidenti Zelenski təkbətək görüş keçiriblər.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sosial media hesabından verilən açıqlamaya görə, görüşdə liderlər Türkiyə-Ukrayna ikili münasibətlərini, Ukrayna-Rusiya müharibəsində sülh axtarışlarını, həmçinin regional və qlobal hadisələri müzakirə ediblər.
Görüş zamanı Prezident Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasındakı danışıqlara dəstəyinin davam edəcəyini, regionun daha çox sülh və sabitliyə ehtiyacı olduğunu ifadə edib.
Ərdoğan Türkiyə olaraq Qara dənizdə naviqasiya təhlükəsizliyinə böyük önəm verdiklərini və enerji təchizatı təhlükəsizliyinin mühüm olduğunu bildirib.
Türkiyənin Ukrayna ilə qarşılıqlı ticarət dövriyyəsini artırmaqda qərarlı olduğunu və bunun üçün zəruri addımları atmağa davam edəcəyini qeyd edən Ərdoğan, Ukraynanın Körfəz ölkələri ilə münasibətlərini inkişaf etdirməsindən duyduğu məmnunluğu da dilə gətirib.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi




































.jpg)
