Dünya
“Titanik” gəmisini min dronla belə canlandırdılar - FOTO
Təxminən min ədəd işıqlanan dron Belfast limanında əfsanəvi "Titanik" laynerinin siluetini canlandırıb.
Publika.az xəbər verir ki, BBC-nin "Burada hazırlanıb" (Made Here) layihəsi çərçivəsində yaradılan instalyasiya barədə "BelfastLive" məlumat yayıb.
Bildirilib ki, gəmi 1912-ci ildə məhz buradan özünün ilk və son səfərinə yollanmışdı.
"Biz “Titanik”i Belfasta qaytardığımız üçün çox qürur duyuruq. Şəhər gəminin həyatının son saatlarının saniyəbəsaniyə araşdırılmasını böyük həvəslə qarşıladı. Tarixin ən məşhur gəmisinin inşasını və bu epik serialın yaradılmasını qeyd etmək üçün 'Titanik'i Belfast limanında işıqlandırma vasitəsilə canlandırmaqdan daha yaxşı üsul yoxdur", - deyə layihənin həmmüəllifi Saymon Yanq bildirib.
Lakin bir çox irlandiyalı qarşıdan gələn dron şousu barədə məlumatlandırmanın kifayət qədər kütləvi olmamasından və martın 30-da baş tutan çəkilişləri canlı izləyə bilməmələrindən narazı qalıblar. "Irish News" yazır ki, insanlar şounu yalnız aprelin 2-də, "Titanik"in yola düşməsinin ildönümündə BBC-də nümayiş etdirilərkən izləməklə kifayətlənməli olublar.
Tədbirdə "Titanik"lə əlaqəsi olan bir neçə şəxs, o cümlədən Belfastın "Titanic" Cəmiyyətinin sədri Eydan Makmaykl iştirak edib. O, çəkilişə düşə bilməyənlərin məyusluğunu başa düşdüyünü, lakin BBC-nin dron şousunu kütləvi tədbirə çevirməmək qərarını düzgün hesab etdiyini bildirib. Onun sözlərinə görə, böyük insan kütləsi təhlükəsizlik riski yarada və layihənin icrasına mane ola bilərdi.
Hüseyn İbadlı
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
























.png)

.jpg)





