Yaxın Şərq
Xamenei göstəriş verdi - Cavab zərbəsinə hazır olun!
İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-la birbaşa hərbi münaqişədən çəkinməyi əmr edib.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, bu həftənin əvvəlində İranın Ali Milli Təhlükəsizlik Şurası fövqəladə iclas keçirib. Suriya-İordaniya sərhədindəki Tanf bölgəsində pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçinin ölümündən sonra Vaşinqtonun İrana və ya onun tərəfdarlarına zərbə endirəcəyi təqdirdə Tehranın görməli olacağı tədbirlər müzakirə edilib.
Nəşr yazır ki, Xameneyi görüşün nəticələri barədə məlumat alanda o, açıq-aşkar göstərişlər verib: ABŞ-la birbaşa müharibədən çəkinmək və İranı amerikalıların ölümündə əli olan qrupların hərəkətlərindən uzaqlaşdırmaq. Qeyd olunur ki, eyni zamanda İranın dini lideri ABŞ-ın İrana hücum edəcəyi təqdirdə cavab zərbəsinə hazırlaşmağı əmr edib.
-
İdman21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ18:36Trampın İranla bağlı növbəti planı
-
Dünya18:24SEPAH ABŞ-ın təyyarədaşıyan gəmisinə hücum etdi - 4 ballistik raketlə...
-
Yaxın Şərq17:11İsrailə düşən raket xeyli sayda ölümə səbəb oldu - Video














.jpg)















.jpg)
.jpg)




