Yaxın Şərq
İsrailə düşən raket xeyli sayda ölümə səbəb oldu - Video
İsrailin Beyt-Şemeş şəhərinə İranın ballistik raketinin düşməsi nəticəsində 4 nəfər həlak olub, 20-yə yaxın insan isə yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə İsrailin "Magen David Adom" milli təcili tibbi yardım xidməti rəsmi məlumat yayıb.
Məlumata görə, raket zərbəsi nəticəsində xəsarət alan 20 nəfərdən ən azı ikisinin vəziyyəti ağır qiymətləndirilir.
İsrail ordusu (SAXAL) axtarış-xilasetmə qüvvələrinin və hərbi həkimlərin dərhal hadisə yerinə göndərildiyini açıqlayıb. Bundan əlavə, ağır yaralıların təcili təxliyəsini həyata keçirmək məqsədilə əraziyə xüsusi xilasetmə helikopteri də cəlb olunub.
16:25
İsrailin mərkəzi hissəsində yerləşən Beyt-Şemeş şəhərində binaya raket düşüb, nəticədə ağır yaralananlar və dağıntılar altında qalanlar var.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İsrailin Yanğından Mühafizə və Xilasetmə Xidməti məlumat yayıb.
Bildirilib ki, binaya birbaşa zərbə endirildiyi ehtimal olunur. Hadisə yerinə çox sayda təcili yardım və xilasedici briqadalar cəlb edilib.
İlkin məlumatlara əsasən, hücum nəticəsində bir neçə nəfər xəsarət alıb, onlardan ən azı 3-nün vəziyyəti son dərəcə ağır olaraq qiymətləndirilir.
Hazırda dağıntılar altında qalan sakinlərin xilas edilməsi istiqamətində təcili əməliyyatlar davam etdirilir.
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop19 Oktyabr 15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB19 Oktyabr 14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?



























.png)







