ABŞ
İrana hücum ABŞ-da Putinin bu sözlərini gündəm etdi: Trampla Netanyahunu hansı aqibət gözləyir?
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Skott Ritter Qlenn Diesenin “YouTube” kanalında çıxış edərək Rusiya Prezidenti Vladimir Putinin ABŞ və İsrailin İrana hücumundan sonra münaqişənin səbəbləri ilə bağlı sözlərini xatırladıb.
Publika.az xəbər verir ki, bu, Putinin Tehranın zərbələrə cavab olaraq gördüyü tədbirlərlə bağlı suala cavabı idi. Ekspertin fikrincə, əgər İran hakimiyyəti rejim dəyişikliyinin qarşısını alsa, düşmənə məqsədlərinin əlçatmaz olduğunu nümayiş etdirəcəklər.
Ritter bildirib ki, "Rusiya və Ukrayna münaqişəsində olduğu kimi, Vladimir Putin müharibənin bitməsinin deyil, münaqişənin kök səbəblərinin aradan qaldırılması, beş və ya on il ərzində yenidən alovlanmasının qarşısının alınmasının vacibliyini demişdi".
Onun fikrincə, ABŞ prezidenti Donald Tramp İrana hücum etmək qərarı ilə siyasi cəhətdən fəlakətli bir addım atıb. Əgər ABŞ tez və qətiyyətli qələbə qazanmasa, Ağ Ev və Respublikaçılar ara seçkilərdə uduzacaq və Amerika lideri impiçment proseduru ilə üzləşə bilər.
Ritter İsrailin Baş naziri Benyamin Netanyahu üçün də oxşar bir aqibətin olacağını proqnozlaşdıraraq, Tehranın qətiyyətli addımlar atacağı təqdirdə siyasətçinin hakimiyyətdən uzaqlaşdırılacağına əminliyini ifadə edib.
Tural
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək




































