Region
Pezeşkian bəyanat yaydı - “İstəyirəm ki...”
İran Prezidenti Məsud Pezeşkian ölkənin cənubunda İsrail və ABŞ-nin məktəbə zərbə endirməsi ilə bağlı açıqlama yayıb.
Publika.az xəbər verir ki, M. Pezeşkianın sözügeədn açıqlaması İranın Azərbaycandakı səfirliyinin "Telegram" kanalında paylaşılıb.
"Bu vəhşi və insanlıqdan uzaq əməl, bu torpağa qarşı törədilmiş saysız-hesabsız cinayətlərin qara salnaməsində daha bir səhifə olmaqla, xalqımızın tarixi yaddaşından heç vaxt silinməyəcək", - Pezeşkian bildirib.
"Eyni zamanda, regionda fəaliyyət göstərən xilasetmə, tibbi və aidiyyəti qurumlardan istəyirəm ki, bütün mövcud imkanlarını səfərbər edərək bu faciə zamanı xəsarət almış şəxslərin vəziyyətinə təxirə salınmadan, fasiləsiz və ən yüksək prioritetlə baxılmasını, habelə zərərçəkmiş ailələrin hərtərəfli qayğı ilə əhatə olunmasını təmin etsinlər", - mesajda qeyd olunub.
Qeyd edək ki, İranın cənubundakı Minab şəhərində ABŞ və İsrailin endirdiyi zərbə nəticəsində məktəbin təxminən 160 şagirdi həlak olub.
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır







.jpg)







.jpg)






















