İsrailə ərazi iddiası irəli sürən erməniləri belə döydülər - VİDEO
Bizi izləyin

Yaxın Şərq

İsrailə ərazi iddiası irəli sürən erməniləri belə döydülər - VİDEO

Qüdsün qədim şəhər bölümündə “İnək bağı” kimi tanınan ərazisində ermənilərlə yerli yəhudilər arasında dava düşüb.

Publika.az xəbər verir ki, insidentə İsrail polisi müdaxilə edib. Qarşıdurmada erməni ruhanilər döyülüb.

Erməni Apostol Kilsəsinin Yerusəlim Patriarxlığı İsrail polisinin “İnək bağı” ərazisindəki hərəkətlərini “qanunsuz” adlandırıb.

Ermənilər həmin ərazini öz adlarına çıxaraq, oranı “erməni bağları” adlandırırlar. Bir qrup yəhudi 20-dən çox İsrail polisinin müşayiəti ilə Qüdsün ermənilər yaşayan ərazisinə gəlib. Məlumata görə, yəhudilər ərazi iddiası irəli sürən ruhanilərə və erməni icmasının nümayəndələrinə oradan çıxmağı tələb edib. Vurğulanır ki, bir qrup polis əməkdaşı Ermənistan tərəfinin tələbinə cavab keşişlərin və ermənilərin ərazidən çıxarılmasına icazə verməyib.

Patriarxlıq açıqlama yayaraq İsrail polisi və hökumətini bu hadisələrdə oynadıqları rola görə məsuliyyət daşıdığını bildirib. “Aydındır ki, bu insident erməni məhəlləsinə və onun qanuni torpaqlarına qarşı presedent yaratmaq cəhdidir. Biz öz mövqeyimizdə israr etməyə davam edəcəyik və dünyadakı xristianlardan dinc erməni xristian icmasına qarşı davam edən bu hücumlara diqqət yetirmələrini xahiş edəcəyik”, - patriarxlığın bəyanatında deyilir.

Məlumata görə, Qüdsdəki erməni məhəlləsinin bir hissəsi yəhudi əsilli avstraliyalı iş adamına 99 il müddətinə icarəyə verilib. Ötən ilin noyabrın 9-da Qüds Erməni Patriarxlığı sövdələşmənin ləğv edildiyini açıqlayıb. Dekabrın 28-də də “İnək bağı” ərazisində ermənilərlə yəhudilər arasında toqquşma baş verib.

Fevralın 18-də Qüdsün erməni icması icarə müqaviləsinin etibarsız sayılması ilə bağlı iddia qaldırıb. Patriarxlıq bildirilir ki, İsrail həmin ərazini icarəyə vermək üçün ermənilərdən icazə almalıdır.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm