Husilər Qırmızı dənizdə ABŞ esminesinə hücum etdi
Bizi izləyin

Yaxın Şərq

Husilər Qırmızı dənizdə ABŞ esminesinə hücum etdi

Yəmənin “Ənsar Allah” hərəkatının üsyançıları (husilər) ABŞ-ın esminesinə və iki ticarət gəmisinə – “Captain Paris” və “Happy Condor”a hücum ediblər.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu radikal təşkilatın hərbi nümayəndəsi Yəhya Səriya husilərə məxsus “Al Masirah” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, esmines Qırmızı dənizdə ballistik raketlərlə hücuma məruz qalıb. Səriya iddia edir ki, husilər Qırmızı dənizdə “Captain Paris” neft tankerinə gəmi əleyhinə raketlərlə də hücum ediblər və maye qazı daşıyan “Happy Condor” tankeri Ərəbistan dənizində dronların zərbələri ilə vurulub.

O, ticarət gəmilərinə hücumun “işğal olunmuş Fələstinin limanlarına keçid qadağasının pozulması” ilə bağlı olduğunu vurğulayıb. “Hər üç əməliyyat öz məqsədlərinə uğurla çatdı”, – üsyançıların sözçüsü əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm