70-ə yaxın "Hizbullah" üzvü bir gecədə MƏHV EDİLDİ
Bizi izləyin

Yaxın Şərq

70-ə yaxın "Hizbullah" üzvü bir gecədə MƏHV EDİLDİ

İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah" hərəkatının 65-dən çox üzvünü öldürüb.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) "Telegram" kanalında məlumat verilib.

Ordunun mətbuat xidməti həmçinin "Hizbullah"ın onlarla terrorçu hədəfinin, o cümlədən İsrail mülki əhalisinə və terror infrastrukturuna yönəlmiş mövqelər və atıcı qurğuların darmadağın edilməsi barədə məlumat yayıb.

Qeyd edilib ki, İsrail hərbçiləri Qəzza zolağında və Livanda Fələstinin radikal HƏMAS və "Hizbullah" hərəkatı ilə bağlı hər gün 175 hədəfə zərbələr endirib.

Oktyabrın 20-nə keçən gecə təşkilatın silahlı birləşmələri Livan ərazisində quru əməliyyatında iştirak edən qoşunların cəmləşdiyi İsrailin şimalındakı yaşayış məntəqələrinə hücum edib.

Oktyabrın 19-da İsrail qırıcıları Beyrutun cənub kənarlarını bombalayıblar. Zərbələr nəticəsində Haret Horeik məhəlləsində üç partlayış baş verib və qara tüstü buludları səmaya qalxmağa başlayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm