HƏMAS-ın yeni lideri bəlli oldu: Hərəkata o rəhbərlik edəcək - FOTO
Bizi izləyin

Yaxın Şərq

HƏMAS-ın yeni lideri bəlli oldu: Hərəkata o rəhbərlik edəcək - FOTO

Fələstinin HƏMAS Siyasi Bürosunun sədri Yəhya Sinvarın İsrail ordusu tərəfindən öldürməsindən sonra hərəkata təşkilatın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal başçılıq edir.

Publika.az xəbər verir ki, bu barədə Livanın LBCI xəbər portalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələr tərəfindən təsdiqlənən xəbərə görə, Xalid Meşal hərəkatın rəhbəri vəzifəsini icra edir və hazırda girovlarla bağlı danışıqlarda iştirak edən əsas tərəflərlə bütün əlaqələrə cavabdehdir.

“HƏMAS rəhbərliyi Sinvarın Tel əl-Sultan əməliyyatı nəticəsində həlak olması ilə bağlı Türkiyə, Qətər və Misir rəsmilərini məlumatlandırıb və onun öldürülməsindən sonra əsirlərin dəyişdirilməsi və müharibənin dayandırılması ilə bağlı danışıqların davam etdiriləcəyini vurğulayıb”, - deyə mənbələr qeyd edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm