Netanyahu İranı İTTİHAM ETDİ: "Böyük səhvə yol verdilər"
Bizi izləyin

Yaxın Şərq

Netanyahu İranı İTTİHAM ETDİ: "Böyük səhvə yol verdilər"

İsrailin Baş naziri Benyamin Netanyahu İranın onun həyatına qəsd etməsini “böyük səhv” adlandırıb.

Publika.az xəbər verir ki, o, İran hakimiyyətini sui-qəsd cəhdində ittiham edib.

"Bu gün mənə və həyat yoldaşıma sui-qəsd etməyə cəhd edən İran nümayəndələri böyük səhvə yol veriblər", - Baş nazir deyib.

Netanyahunun sözlərinə görə, o və ölkəsi gələcək nəsillərin təhlükəsizliyini təmin etmək üçün düşmənlərə qarşı dirçəliş mübarizəsində dayanmayacaq.

Baş nazir həmçinin deyib ki, İsrail vətəndaşlarına zərər verən hər kəs bunun əvəzini ağır ödəyəcək.

İsraili lideri terrorçuların məhv edilməsini davam etdirəcəyini və israilli girovların qaytarılacağını vəd edib.

"Biz qarşımıza qoyduğumuz bütün müharibə məqsədlərinə nail olacağıq və uzun illər regional təhlükəsizliyi dəyişəcəyik", - o deyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm