Yaxın Şərq
İsrail 4 girov müqabilində 200 fələstinlini AZAD ETDİ
İsrail hakimiyyəti dörd hərbi girov müqabilində 200 fələstinli məhbusu azad edib.
Publika.az xəbər verir ki, bu barədə “Qalei Tzahal ” radiostansiyası məlumat yayıb.
“Yüz on dörd fələstinli məhbus Ramallahdakı Ofer həbsxanasından azad edildi. Daha 70 məhbus Misirə, 16 məhbus isə Qəzza zolağına deportasiya ediləcək”, - məlumatda deyilir.
Bir neçə saat əvvəl HƏMAD dörd israilli girovu Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verib. Təhvil- təslim prosesi Qəzzada Fələstin meydanında baş tutub.
Yanvarın 17-də İsrailin hərbi-siyasi kabineti Qəzza zolağında atəşkəs razılaşmasını təsdiqləyib. Birinci mərhələ min fələstinli məhbusun əvəzində 33 israilli girovun azad edilməsini nəzərdə tutur. İsrail əsgərləri atəşkəs müddəti ərzində orada qalacaqları Qəzza zolağının sərhədlərinə çəkiləcək. Sektora çatdırılan humanitar yardımın həcmi də artırılacaq.
Yanvarın 19-da İsrail və HƏMAS arasında əldə olunan razılaşma çərçivəsində Qəzza zolağında atəşkəs qüvvəyə minib. Həmin gün Fələstin hərəkatının üzvləri üç girovu Beynəlxalq Qızıl Xaç Hərəkatının nümayəndələrinə təhvil veriblər.
Hüseyn İbadlı
-
Region13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq















.jpg)

.jpg)



















