Yaxın Şərq
Ələvilər Suriyada üsyan qaldırdı: İsraildən kömək istəyirlər - FOTO
Suriyanın ələvi əhalisinin çoxluq təşkil etdiyi Tartus, Lazkiye, Hama və Humus bölgələrində yeni hökumətə qarşı etiraz aksiyaları baş verib. Məlumata görə, aksiyalar bəzi provokatorlar və “rejim qalıqları” tərəfindən yönləndirilib.
Publika.az xəbər verir ki, etirazçılar daş və bıçaqlardan istifadə edərək hakimiyyət tərəfdarlarına hücum edib. Suriya təhlükəsizlik qüvvələri zirehli maşınlarla aksiyaların qarşısını alıb.
Suriya hökuməti aksiyaların arxasında xarici təxribat olduğunu və bunun ölkədə xaos yaratmağa hesablandığını bildirib.
Aksiyalarda iştirak edənlərdən biri kağız üzərində İsrail bayrağı açaraq ələvi icmasının təhlükəsizliyi üçün yardım istədiyini bildirib: “Böyük İsrail Dövlətinə. Ələvilərin Colaninin (Əhməd Əl Şaraa - red.) terrorçu və təfriqəçi qruplarından qorunmasını tələb edirik”.
Eyni zamanda, İsrail hərbi qüvvələri Kuneytra vilayətinin şimal və cənub kəndlərinə daxil olub. Qruplar Berika, Ruveyhina və Umm el-İzam kəndlərinə yönəlib, müvəqqəti nəzarət postları qurub. Cənubdakı Er-Refid bölgəsində yeni hərbi giriş qapısı inşa edilir.

-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü


























.jpg)








