Yaxın Şərq
Ukraynanın yük təyyarəsi İsraildə - ABŞ hərbi texnikası bu ölkəyə daşınır
Ukraynanın "An-124" ağır nəqliyyat təyyarəsi İsrailin Ben Qurion hava limanına gəlib, burada Amerika hərbi yük avtomobilləri və avadanlıqları ilə yüklənib və bundan sonra Birləşmiş Ərəb Əmirliklərinə geri uçub.
Publika.az xəbər verir ki, bu barədə İsrailin dövlət teleradio şirkəti olan "Kan" məlumat yayıb.
Uçuş qeydlərinə görə, təyyarə İsrailə Birləşmiş Ərəb Əmirliklərindən gəlib. "Oşkoş" yük maşınları da daxil olmaqla hərbi texnika yükləndikdən sonra Gürcüstanda dayanaraq BƏƏ-yə qayıdıb.
Bu, ilk dəfə deyil ki, Ukraynanın "An-124" təyyarəsi İsrailə uçuşlar üçün istifadə olunur. Oktyabrın əvvəlində təyyarə Ben-Qurion Beynəlxalq Hava Limanında görünüb. KİV-in məlumatına görə, ona "Patriot" ələ keçirən raketlərin daşınması üçün istifadə edilən konteynerlərə bənzər konteynerlər yüklənib.
Ukraynanın "Kyiv Post" nəşri o zaman hava hücumundan müdafiə sisteminin komponentlərinin mümkün daşınması barədə məlumat yayıb, lakin bu məlumatın rəsmi təsdiqi olmayıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü


























.jpg)








