Yaxın Şərq
İsrailin “Dəmir şüa” müdafiə sistemi hazırdır
İsrail lazer texnologiyasına əsaslanan qabaqcıl "Iron Beam" ("Dəmir şüa") hava hücumundan müdafiə sisteminin işlənib hazırlanmasını başa çatdırıb və onun orduya təhvili 2025-ci ilin dekabrına planlaşdırılıb.
Publika.az xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin Müdafiə Araşdırmaları və İnkişafı İdarəsinin rəisi Daniel Qold deyib.
Məlumata görə, "Dəmir Şüa" lazer sisteminin döyüş qaydalarını əsaslı şəkildə dəyişdiriləcəyi gözlənilir.
"Onun imkanlarını təsdiqləyən inkişaf və hərtərəfli sınaq proqramının başa çatmasından sonra biz ilk sistemi 2025-ci il dekabrın 30-da İsrail ordusuna təhvil verməyə hazırıq", - Qold bildirib.
O əlavə edib ki, İsrail artıq yeni nəsil sistemlər üzərində işləyir:
"Müdafiə Nazirliyinin strategiyasına uyğun olaraq, biz kosmosda, hücumda və müdafiə sahələrində gələcək münaqişələr üçün texnoloji "sürprizlərin" növbəti nəslini fəal şəkildə inkişaf etdiririk və onları lazımi vaxtda xidmətə təqdim edəcəyik".
Adəm
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü


























.jpg)








